Rəbbimizin yaratma sənətinə nümunə canlılardan: Buqələmun

Osminoqun mürəkkəb göz strukturası

Osminoq(Buqəlamun) onurğasızlar içərisində ən mürəkkəb göz strukturlarından birinə sahibdir. Osminoq gözü də kamera prinsipinə əsaslanan əməliyyat yerinə yetirir. Amma qəbuledici tərəfindən qəbul edilən görüntü daha kiçikdir, çünki, gözün özü də daha kiçikdir. Qəbuledici hüceyrələrin hər biri bilavasitə beynə siqnal göndərər və bu siqnallar digər minlərlə siqnal ilə birləşərək sanki görmə siniri kimi tək bir kabel meydana gətirərlər. Bu kabel vasitəsiylə siqnallar optik paylara çatar. Osminoq, çox mürəkkəb gözü və mərkəzi sinir sisteminin üstün quruluşu sayəsində çox dəqiq görər.(49)

Daha əvvəl də bəhs edildiyi kimi təkamül nəzəriyyəsinin ən böyük səhvlərindən biri osminoqların gözlərinin meydana gəlməsi barədə verilən şərhdə özünü göstərir. Təkamülə görə osminoqlar (onurğasızlar) və insanlar təkamül prosesində bir əlaqələri olmayan, ayrı qollardan meydana gəlmiş canlılardır. Halbuki insanlar da, osminoqlar da olduqca inkişaf etmiş gözlərə sahibdirlər. Təkamülə görə bir tərəfdə quruda insanlar meydana gəlməyə davam etdiyi halda, digər bir tərəfdə isə dənizdə osminoqlar meydana gəlirdi. Sonra necə olubdursa, bu iki canlı da bənzər gözlərə sahib olmuşdur. Yəni ‘imkansız bir şey’ təkcə bir dəfə deyil, fərqli yerlərdə fərqli vaxtlarda bir çox dəfə baş vermişdir. Əgər göz xüsusi bir yaradılışla deyil, əksinə təsadüflər nəticəsində meydana gəlmişdirsə, bir-birlərindən fərqlənən osminoq və insan gözü hansı səbəbə görə bənzər strukturlara sahibdir? Quruluş və forma etibarilə bir-birlərindən olduqca fərqli olmaları lazım deyildimi? Təkamül bunun kimi minlərlə sadə suala cavab verə bilmir.