Rahman və rahim olan Allah

İnsan, təxminən 60-80 illik müddətdən sonra tərk edəcəyi dünya həyatının hər anında sınaqdan

İnsan, təxminən 60-80 illik müddətdən sonra tərk edəcəyi dünya həyatının hər anında sınaqdan keçirilir. Ölümdən sonra, həyatı boyu söylədiyi hər sözün, etdiyi hər hərəkətin, aldığı hər qərarın, doğrularının və səhvlərinin hesabını verəcək, daha sonra da sonsuz axirət həyatına başlayacaq. O gün gəldiyində peyğəmbərlərin, doğruların, salehlərin, səmimiyyətlə özlərini Allaha təslim edən iman sahiblərinin, Allahdan qorxanların, Allahın sərhədlərini xüsusi diqqətlə qoruyanların, Allahın razılığını, rəhmətini və cənnətini ümid edənlərin yolunu seçənlər sonsuz cənnət yurdu ilə sevinəcəklər.

Allahın cənnətlə müjdələdiyi saleh möminlər; bütün kainatı yoxdan var edən Rəbbimizə könüldən iman edən, yaradıcımızı ən gözəl adları ilə tanıyan və anan, Onun sonsuz güc və qüdrətinin fərqində olan, bütün həyatını Allahın razılığını qazanmaq üçün keçirən kəslərdir. Bu insanlar, həm özlərini, həm də bütün kainatı qüsursuz şəkildə, ən incə detalına qədər planlayan Allahın tək dost və vəliləri olduğunu bilirlər. Rəbbimizin hər an bizi gördüyünü, hər şeyi eşitdiyini, kiçik-böyük hər şeydən xəbərdar olduğunu düşünərək hərəkət edirlər.

Dünya üzərindəki hər insan qrupunun bir-birindən fərqli inancları var. Əksər qrupların da, azğın anlayışı var. Ancaq əhəmiyyətli olan Allahı Quranda bildirilən, bənzərsiz, bütün nöqsanlardan münəzzəh, üstün sifətləri ilə tanımaqdır. İnsanların sahib olduqları səhv inancları buraxaraq, Quranda bildirilən Allahın sifətlərini başa düşmələri çox əhəmiyyətlidir. Saleh möminlər də Allahın, Quran ayələrində bildirilən bütün sifətlərini tam bildikləri və bu sifətlər üzərində dərin düşündükləri üçün həyata baxışları digər insanlardan çox fərqlidir.

Onlar Allahın, kainatın tək hakimi olduğunu, sonsuz güc və qüdrət sahibi olduğunu, hər şeyi eşitməkdə və görməkdə olduğunu, bəndələrinə qarşı sonsuz mərhəmət sahibi olduğunu, bağışlayıcı və əsirgəyici olduğunu, çətinlikləri aradan qaldıran, bəndələrini asanlığa müvəffəq edən, sonsuz ədalət sahibi, hökm verənlərin hakimi, mülkün tək sahibi olduğunu bilməkdə və həyatını da, bu inanclara görə keçirməkdədirlər.

Quranda Rəbbimizin ən gözəl sifətlərindən bəziləri bu şəkildə bildirilir:

O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! Gizlini də, aşkarı da O bilir. O, mərhəmətlidir, rəhmlidir. O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! O, hökmrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əmin-amanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, məcbur etməyə qadirdir, çox ucadır. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır. O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir. (Həşr surəsi, 22-24)

Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (Bəqərə surəsi, 255)

Bu ayələrdə bildirilən Allahın sifətlərindən biri də Rəbbimizin “Rəhman və Rəhim” adıdır. Qurani-Kərimin 113 surəsi Allahın “Rəhman və Rəhim” sifəti ilə başlayır. Rəbbimizin Rəhman və Rəhim sifətinin təcəllisinə möminlər həyatı boyu hər an şahid olurlar. Çünki, Allahın Rəhman və Rəhim sifəti insanın doğumundan ölümünə, xəstəlikdən sağlamlığa, bütün acizliklərdən canlı və cansız varlıqlardakı bənzərsiz gözəlliklərə qədər bütün kainatı tamamilə əhatə etmiş vəziyyətdədir.

Allahın bütün insanlara olan mərhəməti, şəfqəti, sevgisi, köməyi, qoruması, lütfü və bağışlayıcılığı Rəbbimizin “Rəhman və Rəhim” sifətinin ən gözəl təcəllisindəndir. Bu, iman sahiblərinin həm kainata, həm də bütün canlılara olan baxışını dərinləşdirməkdə, əxlaqını gözəlləşdirməkdədir. Buna görə də, müsəlman olan bir adam Quran oxumağa, İslam əxlaqını yaşamağa və təbliğ etməyə, möminlərə öyüd verməyə, kainatın yaradılışı üzərində düşünməyə başlayarkən əvvəlcə Rəbbimizin bu gözəl sifətlərini ruhunda yaşamalıdır.

Yaradıcımızın bu bənzərsiz adlarındakı gözəlliyi, fərəhliyi, xeyirləri, nemətləri qavramaq və “Rəhman və Rəhim” adlarının İslam dininə hakimiyyətini dərk etmək, insanın imanda dərinləşməsində, Allahı ən gözəl adları ilə tanımasında çox əhəmiyyətli addımdır.