İŞİD kimi qruplaşmaların qanlı işlərə əl atmasının səbəbi sahib olduğu inanc sistemidir. Bu inanc sisteminin əsas dayağı isə xurafatlar, uydurma hədislər və fanatik inanclardır. Həmin cəfəngiyyatlar İslamın əsl mənbəyi kimi təqdim olunduqca onların törətdikləri vəhşiliyə təəccüblənməməliyik.
Bu fanatik inanc sisteminin əksinə Quranda insanların, məzlumların sevilməsi və qorunması buyurulur. Quran ayələrinə səmimi nəzər saldıqda aydın şəkildə görünür ki, Allahın bizdən istədiyi sevgiyə və hörmətə əsaslanan münasibətdir.
Fanatik inanc sisteminin bərpası Quranla mümkündür. Beləliklə İŞİD kimi radikal təşkilatlar silah və ya quru təbliğatla deyil, yalnız Quranla düzgün yola gətirilə bilər. Bugün İslam dünyasına sevginin və birliyin hakim olmasını istəyiriksə, bunun yeganə yolu əsrlərdir tərk edilmiş Quran əxlaqına yenidən qayıtmaqdır.
