Rad Surəsi, 4-5-ci Ayələr

Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Rad surəsi, 4-5)