Qu quşlarının çəkisi başqa məməlilərlə müqayisədə çox yüngüldür. Eyni ölçülü buldoq qu quşundan “4 qat” daha ağırdır. Quşların yüngül olmasının bir neçə səbəbi vardır. Oyuq sümükləri daxili şüalarla dəstəklənir. Quyruq əvəzinə qabarıq tükləri və dişlərlə örtülmüş çənə əvəzinə isə dimdiyi vardır. Bədənlərinin çox vacib hissəsi hava ilə doludur. Bu hava bir çox quşda olan 9 hava kisəsində saxlanılır. Bunlar yalnız çəki azaltma xüsusiyyəti daşımırlar. Uçuş zamanı quşlar çox enerji sərf edirlər və bu səbəbdən çox sıx oksigen tədarükünə ehtiyac duyurlar. Bu hava kisələri də quşun tənəffüs sistemində mühüm rol oynayır. Bu şəkildə, qu quşu eyni ölçülü məməlinin nəfəs almasından daha çox oksigen alır. (David Attenborough, “The Life of Birds”, səh. 41)
Quşların yüngül olmasının səbəbləri
