Quşların “V” Şəklində Uçması

Quş sürülərində ən çox gözə dəyən uçuş texnikası V şəklindəki uçuşdur. V şəklindəki uçuş təsadüfi seçilmiş uçuş forması deyil. Qruplar halında köçən quşlar V uçuşu sayəsində hava axınından təsirlənməzlər. Qabaqda uçan qüvvətli və böyük quşlar hava axınına qarşı bir növ qalxan yaradaraq daha zəif olanların işlərini asanlaşdırarlar. Bu şəkildə sürü ümumiyyətlə 23 faizə qədər enerji qənaəti təmin edilər və beləliklə təkbaşına uçan bir quşdan daha yüksək sürətə çıxa bilərlər.