Quş lələklərində qüsursuz yaradılış

Quşlarla sürünənlər arasındakı keçilməz fərqlər

Quşların sürünənlərdən törəməsinin mərhələli təkamülü haqqında iddia irəli sürən təkamül nəzəriyyəsi canlı orqanizmlərin bu növləri arasındakı mühüm fərqləri izah etmək iqtidarında deyil. Quşlar sürünənlərdən bəzi təkrarolunmaz xüsusiyyətləri ilə fərqlənir: qismən oyuq boruşəkilli sümüklərdən ibarət olan skelet, ağ ciyərlərin və tənəffüs sisteminin spesifik quruluşu, yalnız istiqanlı orqanizmlərə xas olan maddələr mübadiləsi. Yalnız quşlara xas olan lələk kimi struktur sürünənlərlə quşlar arasında olan dəfedilməz səddir. Sürünənlərin bədəninin pulcuqlarla örtülməsinin əksinə olaraq quşların bədəni lələklərlə örtülmüşdür. Sürünənləri quşların əcdadı hesab edən təkamülçülər lələklərin pulcuqdan təkamül yolu ilə yaranmasını onların arasında heç bir oxşarlıq olmasa da hər hansı bir başqa yolla izah etmək məcburiyyətindədir. Quş lələklərinin ətraflı öyrənilməsi zamanı bir-birinə mikroskopik qarmaqcıqlarla bağlanan minlərlə kiçik lələklər görmək olar. Bu təkrarolunmaz konstruksiya lələklərə üstün aerodinamik xüsusiyyətlər verir. Konnektikut Universitetində (ABŞ) fiziologiya və neyrobiologiya professoru olan A.H.Braş təkamülçü görüşlərə malik olsa da bu faktı belə etiraf edir:

“Lələklər və pulcuqlar genetik strukturdan inkişafa qədər, morfologiyadan toxumaların strukturuna qədər hər şeydə tamamilə fərqlənirlər”.

Quş lələklərinin konstruksiyası hətta Çarlz Darvinin özünü də dərin şübhəyə salmışdı və onun sözlərinə görə, tovuzquşu lələkləri öz mükəmməlliyi ilə onun ağlını başından alırdı. Darvin 1860-cı il aprelin 3-də yaxın dostu A.Qreyyə məktubunda yazır:

“Göz haqqında düşüncələr məni çox vaxt nəzəriyyəmdən soyudurdu. Ancaq vaxt keçdikcə mən bununla barışdım”. Darvin sözlərinə belə davam edir: “Lakin hazırda təbiətdə mövcud olan aşkar törəmələr məni çox ciddi narahat edir. Məsələn, tovuz quşunun lələklərini görəndə mən az qala ağlımı itirirəm”.