Möminlərin ən mühüm xüsusiyyətlərindən biri də şəraitə, insanlara və mühitə görə gözəl əxlaqlarından və ya inanclarından heç vaxt güzəştə getməmələridir. Buna görə də qürurlu və ya təkəbbürlü bir davranışla qarşılaşdıqları zaman, onlar əsla qarşı tərəfin düşdüyü xətaya düşməzlər. Əksinə, ən təvazökar və alicənab davranışları ilə qarşı tərəfə də nümunə olmağa çalışarlar. Allahın razı olduğu davranış da məhz budur. Allah Quranda pis bir davranışa gözəl əxlaqla cavab verildikdə bunun qarşı tərəfə də təsir göstərəcəyini belə bildirmişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar (Fussilət surəsi, 34) yeri varmı?

