Qürur və təkəbbür

Adamın qürurlu olması da Quranı başa düşməsi üçün çox böyük bir maneədir

Adamın qürurlu olması da Quranı başa düşməsi üçün çox böyük bir maneədir. Çünki qürurlu bir insan özünü hər kəsdən üstün gördüyü üçün, öyüd almağa, Allahın əmrlərinə qarşı boyun əyməyə, qadağalara riayət etməyə, təslimiyyətli davranmağa yanaşa bilməz. Bunları təkəbbürlüyünə və qüruruna sıxışdıra bilməz. Bütün bunlardan ötəri də Quranı, təkəbbürlü və qürurlu olan şəxsiyyəti üçün bir mane olaraq görər. Onu təkzib edə bilmək üçün var gücüylə mübarizə aparar, ayələr haqqında bacardığı qədər mübahisə edər. Təkəbbürlənənlərin ayələri başa düşə bilməyəcəkləri Quranda belə xəbər verilmişdir:

Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular. (Əraf surəsi, 146)

Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)