Quranın üslubunu anlamaq

Qurandakı hər ayə Allahın sonsuz hikmətinin bir təcəllisi olduğu üçün ehtiva etdiyi hər mövzu (2)

Qurandakı hər ayə Allahın sonsuz hikmətinin bir təcəllisi olduğu üçün ehtiva etdiyi hər mövzu, mümkün olan ən dərin və ən mükəmməl şəkildə təsvir edilir. Bəzi yerlərdə bir mövzu ətraflı və təfərrüatlı şəkildə izah edilmiş, bəzi yerlərdə isə aydın, qısa və sadə izahatdan istifadə edilmişdir. Məsələn, bəzi ayələrdə möminlərin, mələklərin və ya başqa üçüncü şəxslərin çatdırılan sözləri və ya duaları bəzən hər hansı bir girişdən istifadə edilmədən birbaşa verilir. İman edənlər də bu sözlərin çatdırılmasındakı hikməti görər və başa düşərlər.

Necə ki, Qurandakı bu üslub bəzi ağlını işlətməyən insanların başa düşməkdə çətinlik çəkdikləri bir üslubdur. Quran Allahın sözü olduğuna görə onda başqalarının sözlərinin yer almasını öz aləmində ziddiyyətli vəziyyət olduğunu fikirləşirlər. Halbuki, bütün bu sözlər möminlər üçün bir dərs, nümunə və ibrət xüsusiyyəti daşıyar. Quranda mövcud olan bu ifadələri xəbər verən Allahdır. Bu səbəbdən hamısı Allahın sözüdür.

Məsələn, Quranın ilk surəsi olan Fatihə surəsinin son dörd ayəsi möminlərin duasıdır. Ayələr belədir:

Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt. Nemət bəxş etdiyin şəxslərin yoluna. Qəzəbə uğramışların və azmışların yoluna yox! (Fatihə surəsi, 4-7)

Beləliklə, Allah möminlərin edə biləcəkləri ən gözəl duanı birbaşa Quranın əvvəlində xəbər vermişdir. Bu duanın əvvəlində, “aşağıdakı kimi dua edin” şəklində və ya buna bənzər bir giriş yer almaz, çünki vəziyyət olduqca aydındır. Oxşar bir başqa nümunə Bəqərə surəsinin son ayəsindəki möminlərin duasıdır. Ayədə möminlərin Allaha belə dua etdikləri xəbər verilir:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)

Ağıl sahibi hər insan bu ayələrdə Allahın möminlər üçün nümunə verdiyi bir dua forması bəyan etdiyini asanlıqla görər və başa düşər, buna uyğun dua edər. Ağlını işlətməyən isə bu incəliyi görə bilməz və asanlıqla şeytanın təlqinlərinə tabe olmuş olar.