Quranın üslubu

Qurandakı hər ayə hikmət təcəllisidir

Qurandakı hər ayə Allahın sonsuz hikmətinin bir təcəllisi olduğu üçün ehtiva etdiyi hər mövzu, mümkün qədər ən dərin və ən mükəmməl şəkildə təsvir edilir. Bəzi yerlərdə bir mövzu ən ətraflı və təfərrüatlı şəkildə izah edilmiş, bəzi yerlərdə isə ən aydın, qısa və sadə izahatdan istifadə edilmişdir. Məsələn, bəzi ayələrdə möminlərin, mələklərin və ya başqa üçüncü şəxslərin deyilən sözləri və ya duaları bəzən hər hansı bir girişdən istifadə edilmədən birbaşa verilir. İman edənlər də bu sözlərin deyilməsindəki hikməti görər və başa düşərlər.

Necə ki, Qurandakı bu üslub bəzi ağlını işlətməyən insanların başa düşməkdə çətinlik çəkdikləri bir üslubdur. Quran Allahın sözü olduğuna görə onda başqalarının sözlərinin yer almasını öz aləmlərində ziddiyyətli bir vəziyyət olduğunu fikirləşirlər. Halbuki, bütün bu sözlər möminlər üçün bir dərs, nümunə və ibrət xüsusiyyəti daşıyar. Quranda mövcud olan bu ifadələri xəbər verən Allahdır. Bu səbəbdən hamısı Allahın sözüdür.

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)

Ağıl sahibi hər insan bu ayələrdə Allahın möminlər üçün nümunə verdiyi bir dua forması bəyan etdiyini asanlıqla görər və başa düşər, ona görə də dua edər. Ağlını işlətməyən isə bu incəliyi görə bilməz və asanlıqla şeytanın təlqinlərinə tabe olmuş olar.