Quranın elmi möcüzələri

Kainatın daim genişləməsi XX əsrin ən əhəmiyyətli kəşflərindən biri olaraq xarakterizə edilir

Kainatın daim genişləməsi XX əsrin ən əhəmiyyətli kəşflərindən biri olaraq xarakterizə edilir. Ancaq Allah bu həqiqəti bizə 1400 il əvvəl Quranın Zəriyət surəsinin 47-ci ayəsində bildirmişdir:

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.

Göy cisimlərinin hesablanmış bir orbit üzərində hərəkət halında olduqları bundan əsrlər əvvəl Quranda belə xəbər verilmişdir:

Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. (Ənbiya surəsi, 33)

Quranda Günəş və Aydan bəhs edən ayələrin ərəbcəsi araşdırıldığında maraqlı bir xüsusiyyət gözə dəyər. Ayələrdə Günəş üçün “sirac” (lampa) və ya “vahhac” (par-par parlayan, yanıb alovlanan) sözləri istifadə edilmişdir. Ay üçünsə “munir” (işıqlandırıcı, işıqlı) anlayışı vardır. Həqiqətən də Günəş öz içindəki nüvə reaksiyaları nəticəsində böyük bir istilik və işıq saçarkən, Ay yalnız Günəşdən aldığı işığı əks etdirir. Ayələrdə bu fərq belə keçər:

Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir. (Nuh surəsi, 15-16)

Quranda küləklərin “dölləndirici” xüsusiyyətindən Hicr surəsinin 22-ci ayəsində belə bəhs edilir:

Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik … (Hicr surəsi, 22)

Bəhs edilən ayədə keçən “dölləndirici” sözünün ərəbcə qarşılığı həm bitkilərin, həm də buludların döllənməsi mənasını daşıyır. Necə ki, müasir elm, küləklərin hər iki funksiyaya da sahib olduğunu göstərmişdir.

Başqa bir Quran möcüzəsinə bir ayədə belə diqqət çəkilir:

O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür… (Zumər surəsi, 5)

Ayədə gecənin və gündüzün bir-birini bürüməsi üçün “təkvir” feli istifadə edilir. Bu fel dilimizdə “dairəvi bir şeyin üzərinə bir şey sarımaqdır” dır. Məsələn, ərəb lüğətlərində “başa sarıq sarma” kimi yumru cisimləri ehtiva edən hərəkətlər üçün bu söz istifadə edilir. Bu ayə, dünyanın forması mövzusunda qəti bir məlumat ehtiva edir. Ancaq və ancaq Dünyanın yumru olması vəziyyətində bu ayədə ifadə edilən fel reallaşa bilər. Yəni Vll əsrdə endirilən Quranda, dünyanın dairəvi olduğuna işarə edilmişdir.