Quranın elmi möcüzələri nələrdir?

Quran 1400 il əvvəl vəhy olmasına baxmayaraq, o dövrdə qətiyyən bilinməyən, indiki vaxtda elmin və texnologiyanın son imkanları istifadə olunaraq kəşf olunmuş bir çox elmi həqiqəti insanlara bildirir. Quranın bu xüsusiyyətləri, onun Allah Qatından endirilmiş olduğunu son dərəcə açıq olaraq göstərir. Bu möcüzələrdən bəziləri bunlardır:

Kainatın daim genişləməsi XX əsrin ən əhəmiyyətli kəşflərindən biri olaraq xarakterizə edilir. Ancaq Allah bu həqiqəti bizə 1400 il əvvəl Quranın Zəriyət surəsinin 47-ci ayəsində bildirmişdir:

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.

Səma cisimlərinin müəyyən bir orbitdə hərəkət etməsi əsrlər əvvəl Quranda belə xəbər verilmişdi

Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Hər biri öz orbitində hərəkət edir. (Ənbiya surəsi, 33)

Quranda Günəş və Aydan bəhs edən ayələrin ərəb mətnləri araşdırıldıqda maraqlı bir məqam diqqəti cəlb edir. Ayələrdə Günəş üçün “sirac” (çıraq) və ya “vahhac” (parlayan, yanan) sözləri istifadə olunur. Ay üçün isə “munir” (işıqlandırıcı, işıqlı) anlayışı mövcuddur. Həqiqətən də, Günəş öz daxilindəki nüvə reaksiyaları nəticəsində böyük istilik və işıq meydana çıxsa da, Ay yalnız Günəşdən gələn işığı əks etdirir. Bu fərq ayələrdə belə qeyd olunur:

Allahın yeddi göyü (bir-biri üstündə) qat-qat necə yaratdığını görmədinizmi?! Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir. (Nuh surəsi, 15-16)

Quranda küləklərin “dölləndirici” xüsusiyyətindən Hicr surəsinin 22-ci ayəsində belə bəhs edilir

Küləkləri də dölləndirici olaraq göndərdik və göydən su endirdik. Beləcə, o sudan sizə içirtdik… (Hicr surəsi, 22)

Bəhs edilən ayədə keçən “dölləndirici” sözünün ərəbcə qarşılığı həm bitkilərin, həm də buludların döllənməsi mənasını daşıyır. Necə ki, müasir elm, küləklərin hər iki funksiyaya da sahib olduğunu göstərmişdir.

Başqa bir Quran möcüzəsinə bir ayədə belə diqqət çəkilir

Allah göyləri və yeri haqq ilə yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə bürüyür… (Zumər surəsi, 5)

Ayədə gecənin və gündüzün bir-birini bürüməsi üçün “təkvir” feli istifadə edilir. Bu felin dilimizə tərcüməsi “dairəvi bir şeyin üzərinə bir şey sarımaq” deməkdir. Məsələn, ərəb lüğətlərində “başa sarıq sarımaq” kimi dairəvi cisimlərə aid fellər üçün bu söz istifadə edilir. Bu ayədə Yer kürəsinin forması haqqında qəti məlumat var. Lakin, bu ayədə ifadə edilən hərəkət yalnız Yer kürəsinin dairəvi olması halında gerçəkləşə bilər. Yəni VII əsrdə nazil edilən Quranda dünyanın dairəvi olduğuna işarə edilmişdir.