Quranı şərh edə bilməmək

Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır

Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır. Bu da Qurandakı sonsuz ilahi hikmətdən qaynaqlanır. Müəyyən saydakı ayələrin daxilinə sərhədsiz bir elm, üstün bir hikmətlə yerləşdirilmişdir. Ayələr öz daxilində zahiri, batini, bir-birinə qarışmış və qatlanmış bir çox məna ehtiva etdikləri kimi ayələrin bir-birləri arasındakı əlaqələrdən də saysız mənalar çıxar. Bəzən tək bir ayənin şərhi belə müstəqil bir kitab mövzusu ola bilər. Buna görə də, Quranı şərh etmək üçün hər şeydən əvvəl Quranı tam bilmək əsas şərtdir.

Bir çox söz Quranda xüsusi mənalarda istifadə olunur. Quranın müəyyən bir yerində istifadə edilən bir kəlmənin hansı mənada istifadə edilməsi çox vaxt o kəlmənin Quranın başqa bir yerində istifadə edilmə formasından aydın olar. Bəzən bir sözün birdən çox mənası ola bilər. Belə bir sözün, yer aldığı ayədə hansı mənada istifadə edildiyi, o sözün Quranın başqa yerlərində hansı mənada istifadə edilmiş olduğundan aydın olar. Buradan da aydın olduğu kimi, Quran öz-özünü izah edən bir kitabdır. Bir ayənin təfsiri, şərhi bəzən bir başqa ayənin və ya bir neçə ayənin mənasında gizli ola bilər.

Quran ilahi bir Kitab olduğu üçün əlbəttə, digər kitablara bənzəməz və onlarla müqayisə edilə bilməz. Quranın özünə xas xüsusi bir üslubu vardır. Quranı, xüsusilə də Quranın mütəşabih ayələrini, doğru və lazım olduğu kimi şərh edə bilmək üçün eyni zamanda Quranın ümumi üslubunu, təməl ruhunu layiqincə qavramaq lazımdır. Quranın ruhuna uyğun bir dünyagörüşünə sahib olmaq, Allahın Quranla bildirdiyi müxtəlif elmləri lazım olduğu kimi başa düşə bilmək üçün əhəmiyyətli bir şərtdir.