Qurani-Kərim haqqında qısa məlumat

Peyğəmbərimizin ən böyük möcüzəsi Qurani-Kərimdir. Allah 14 əsr bundan əvvəl insanlara yol göstərən bir kitab olan Qurani-Kərimi göndərmiş və bütün bəşəri ona tabe olaraq xilas olmağa dəvət etmişdir. Rəbbimiz Quran haqqında: Halbuki, o (Quran), aləmlər üçün yalnız bir öyüddür.” (Qələm surəsi, 52) deyə buyurmuşdur.

Quran göndərildiyi gündən bu günə kimi hər dövrdə yaşayan hər bir insan qrupunun başa düşə biləcəyi asan və anlaşıqlı bir dilə malikdir. Allah Quranın bu üslubunu “Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq…” (Qamər surəsi, 22) ayəsi ilə xəbər vermişdir. Həmçinin Quranın ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və özündə ehtiva etdiyi üstün hikmət də onun Allahın sözü olmasının dəlillərindəndir.