Quranı idrak etmək

Quran, ancaq dərk edən, düşünən, səmimi insanların mənasını qavraya biləcəyi bir kitabdır (2)

Quran, ancaq dərk edən, düşünən, səmimi insanların mənasını qavraya biləcəyi bir kitabdır. Bu xüsusiyyətlərə sahib olmayan, yəni ağlını işlətməyən, düşünməyi bacarmayan, pis niyyətli insanlar Quranı heç vaxt idrak edə bilməz, sirlərinə, incəliklərinə nail ola bilməzlər. Allahın Quranda öyüd-nəsihət və ibrət götürməsi üçün verdiyi nümunələrdə də eyni vəziyyət hakimdir. Allah bir ayədə inkar edənlərin Quranda verilən nümunələri dərk edə bilmədiklərini, hətta bu cür nümunələrin onlar üçün doğru yoldan çıxma vəsiləsi olduğunu bildirər:

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)

İman edən insan ayədə bəhs edilən ağcaqanad nümunəsinin, Uca Allahın yaratmasındakı üstünlüyün bir dəlili olaraq verildiyini dərhal başa düşər. Bu bir santimetrlik kiçik həşərat, Allahın qüsursuz və bənzərsiz yaratmasının bir nümunəsidir. Ən inkişaf etmiş texnoloji cihazlardan, kompyuterlərdən belə çox kompleks sistemlərə, mexanizmlərə və strukturlara malikdir.

Yaradıldığından bəri heç dəyişmədən dövrümüzə qədər gəlib çatmışdır. Allah, bu möcüzəvi canlını Quranda yaratmasının üstünlüyünə nümunə olaraq verir. Möminlər də bu nümunədən tək bir ağcaqanadın belə Allahın sonsuz elmini və gücünü hiss etməyə, düşünməyə açılan qapı olduğunu başa düşərlər. Ətrafındakı hər varlığa eyni hikmət gözü ilə baxmağı öyrənirlər. İnkar edən ağılsızlar isə ayənin ifadəsi ilə, “bu məsəllə Allah nə demək istədi?” deyərək çaşıb qalarlar.