Quranı həyata necə tətbiq etməyi bilmək vacibdir

Kədər Allahın Quran ayələri ilə qadağan etdiyi bir davranış pozuqluğudur

Kədər Allahın Quran ayələri ilə qadağan etdiyi bir davranış pozuqluğudur. Allaha iman edən, Allahın sonsuz gözəl əxlaqını, sonsuz gücünü bilən bir insan üçün kədərlənəcək heç bir şey yoxdur. Allah, o adamın taleyində nə yaradırsa yaratsın, bu, o adam üçün ola biləcək ən qiymətli, ən hikmətli, ən gözəl və ən xeyirli olandır. Allah sonsuz ədalətlidir. Allah qullarını çox sevəndir. Allah mömin qulları üçün hər şeyi “xeyir” olaraq yaradandır.

Allah əzabı, çətinliyi yaradır, ancaq bütün bunları, mömin qullarının daha gözəl əxlaqlı ola bilmələrinə və axirətdə daha gözəl qarşılıq ala bilmələrinə vəsilə olması üçün yaradır. Bu səbəbdən mömin, yoxsulluq içində olsa da, çətinlik çəksə də, xəstə olsa da, tək qalsa da, bir çox şeydən məhrum və zərər çəkmiş vəziyyətdə qalsa da, bunların heç birini kədər vəsiləsi olaraq görməz. İnsan maddi mənəvi bir çox baxımdan həqiqətən çox çətinlik çəkdiyi vəziyyətlərlə qarşılaşa bilər. Amma bu şərtlərdə də insanın, Allahın sevgisindən əmin olması, Allahın rəhmətinə ümid etməyin rahatlığını, sevincini yaşamasıdır. Çətinliklərə görə ümidsizliyə qapılmamalı, problem və çətinlikləri dünya həyatının “kədərlənəcək vəziyyətlər”i olaraq görməməlidir.

İnsanlara çox kiçik yaşlarından etibarən təlqin edilən bəzi inanclar vardır. Bunlar ümumiyyətlə cəmiyyətdə hakim olan anlayışın bir parçasıdır. Bir insanın nələrdən qorxması, nələrə sevinməsi, nələrə küsməsi, nələrə kədərlənməsinin lazım olduğu kimi bütün məlumatlar, bu yaşlarda insanlara təlqin edilir. İnsanların, xoşlarına gəlməyən bir vəziyyətlə qarşılaşdıqlarında dərhal kədərlənməyə meyl etmələrinin bir səbəbi də, ona illər boyu yeridilmiş bu təlqinlərdir.

Nəfsin insanı hüsrana, ümidsizliyə, kədərə, əlacsız və çarəsiz olduğuna inandırmağa qarşı bir meyli onsuz da vardır. Buna əlavə olaraq cəmiyyətdən alınan təlqinlər əlavə olunduğunda, iradəsini, ağılını, vicdanını istifadə etməyən bir çox insan özünü asanlıqla kədərə təslim edər. Kədərin içinə tam girdiyində isə, bu adamı, xarici bir müdaxilə ilə ağıllı yola çəkə bilmək çox çətin hala gəlir…

I …Belə insanlar ümumiyyətlə kədəri həyat tərzi olaraq mənimsəyirlər. Allahın gücünü, ədalətini, mərhəmətini, sevgisini, dualara cavab verən və hər şeyi xeyirlə yaradan olduğunu düşünmək istəməzlər. Bunun yerinə həmişə nə qədər zərər çəkdiklərinin dəlillərini düşünüb özlərini daha da kədərli hala salmağı seçərlər.

İnsan həqiqətən çox əzab çəkə bilər və bunu kənardan seyr edən insanlar tam olaraq anlamaya bilərlər, bu vəziyyətin o adama verdiyi fiziki və ya mənəvi narahatlığın ölçülərini təxmin etməyə bilərlər. Amma hər nə olursa olsun, heç bir mövzuda kədərlənmək həll yolu deyil. Kədərlənmək, hər şeydən əvvəl Allahın haram etdiyi bir davranışdır. Möminin sadəcə bunu bilməyi, dərhal bu davranışdan uzaqlaşıb çəkinməsi üçün kifayətdir.

Bununla yanaşı bir insanın öz-özünə bu sualları mütləq soruşması lazımdır:

– Kədərlənməyin mövcud vəziyyəti dəyişdirməyə hər hansı köməyi varmı?

– Kədərləndikdə, məsələlər həll olunurmu?

– Kədər mənə hər hansı bir fayda verirmi?

– Kədər, həyatıma müsbət istiqamətdə təsir edirmi?

Bu sualların heç birinin cavabında kədəri doğru göstəribiləcək bir sübut yoxdur. Kədərin insana hər hansı bir baxımdan və çox kiçik də olsa, gətirdiyi heç bir fayda yoxdur. Insanın kədərlənməsi, içərisində olduğu şərtlərin dəyişməsinə heç bir təsir etməyən bir davranışdır. Kədərin, onu rahatlaşdıran, fayda təmin edən hər hansı bir tərəfi də yoxdur və kədər, heç bir insanın həyatına müsbət yöndə də təsir etməz.