Allah Quranı bütün insanlara yol göstərici rəhbər olaraq endirmişdir, məhz bu səbəblə, Quran son dərəcə aydın və açıqdır. Allah Quranın bu xüsusiyyətini “… Sizə Allahdan bir nur və açıq-aşkar bir Kitab gəldi” ayəsiylə xəbər vermişdir. (Maidə surəsi, 15) Bir başqa ayədə isə Quran üçün belə deyilir:
Biz onu (Quranı) açıq-aşkar ayələr nazil etdik; Şübhəsiz ki, Allah istədiyini doğru yola yönəldər. (Həcc surəsi, 16)
Qurandakı hikmətləri görmək və Quranın üstün xüsusiyyətlərini qavraya bilmək üçün Quranı oxuyan adam yüz faiz səmimi olmalı və həmişə vicdanına uyğun düşünməlidir.
Quran bir möminin ömrü boyunca müraciət edəcəyi yeganə rəhbərdir. Allah Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına xitab olaraq endirdiyi bir ayəsində “evlərinizdə oxunan Allahın ayələrini və hikməti xatırlayın …” (Əhzab surəsi, 34) deyə buyuraraq, bütün möminləri Quranı oxuma mövzusunda təşviq etmişdir. Bu ayədən də aydın olduğu kimi, möminlər evlərində Quran oxuyur və ayələri də yaddaşlarında saxlayırlar. Ancaq əhəmiyyətli olan Quran ayələrinin oxunaraq hamısının həyata keçirilməsi və böyük bir dəqiqliklə tətbiq olunmasıdır.

