Allah Quranı bütün insanlara yol göstərici rəhbər olaraq endirmişdir, məhz bu səbəblə, Quran son dərəcə aydın və açıqdır. Allah Quranın bu xüsusiyyətini “… Allahdan sizə bir nur və açıq-aydın bir Kitab gəlmişdir.” (Maidə surəsi, 15) ayəsi ilə xəbər vermişdir. Başqa bir ayədə isə Quran haqqında belə deyilir:
Beləcə, Biz onu açıq-aşkar ayələr halında nazil etdik. Şübhəsiz ki, Allah dilədiyi kimsəni doğru yola yönəldər. (Həcc surəsi, 16)
Qurandakı hikmətləri görmək və Quranın üstün xüsusiyyətlərini qavraya bilmək üçün Quranı oxuyan adam yüz faiz səmimi olmalı və həmişə vicdanına uyğun düşünməlidir.
Ancaq bunu da qeyd etmək lazımdır ki, müsəlmanlar öz şəxsi şərh və düşüncələrinə görə Qurandan hökm çıxarmaqdan şiddətlə çəkinməlidirlər. Bu mövzularda cavab axtaran kəslərin böyük Əhli Sünnə alimləri tərəfindən hazırlanmış ilmihallara (dinin əsaslarına) müraciət etməsi ən doğru davranış olacaq.

