Quranı Hər Oxuyan Anlaya Bilər

Allah Quranı bütün insanlara yol göstərici rəhbər olaraq endirmişdir, məhz bu səbəblə, Quran son dərəcə aydın və açıqdır. Allah Quranın bu xüsusiyyətini “… Sizə Allahdan bir nur və açıq-aşkar bir Kitab gəldi” (Maidə surəsi, 15) ayəsiylə xəbər vermişdir. Bir başqa ayədə isə Quran üçün belə deyilir:

Beləcə, Biz onu açıq-aşkar ayələr halında nazil etdik. Şübhəsiz ki, Allah dilədiyi kimsəni doğru yola yönəldər. (Həcc surəsi, 16)

Qurandakı hikmətləri görmək və Quranın üstün xüsusiyyətlərini qavraya bilmək üçün Quranı oxuyan adam yüz faiz səmimi olmalı və həmişə vicdanına uyğun düşünməlidir.