Allah Quranı bütün insanlara yolgöstərən rəhbər kimi nazil edib. Ona görə Quran çox anlaşıqlı və açıq-aydın kitabdır:
Beləcə, Biz (Quranı) açıq-aydın ayələr şəklində nazil etdik. Allah dilədiyini doğru yola yönəldər. (Həcc surəsi, 16)
Qurandakı hikmətləri görmək və Quranın üstün xüsusiyyətlərini qavramaq üçün səmimi olmaq və vicdanla düşünmək lazımdır.
Ancaq müsəlmanlar şəxsi fikirlərinə görə Qurandan hökm çıxarmamalıdırlar.
