Quranı digər ilahi kitabların bənzəri zənn etmək

Quran qiyamətə qədər etibarlıdır

Quran, Allahın bütün insanlara xəbərdaredici və öyüd verici olaraq endirdiyi, qiyamətə qədər etibarlı olan yeganə haqq kitabdır. Qurandan əvvəl göndərilən kitablar insanlar tərəfindən təhrif edilmişdir. Ancaq Quran, Allah tərəfindən qorunmuşdur. Bu həqiqət “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Hicr surəsi, 9) ayəsiylə xəbər verilmişdir.

Quran haqqında ağılsızların irəli sürdükləri əsassız iddiaların ən geniş yayılandan biri də, mübarək Peyğəmbərimizin (s), Quranı Tövrat və İncildən ilham alaraq yazdığı yalanıdır. Bu, tamamilə xəyali və heç bir əsası olmayan iddiaya öz zəif ağıllarına görə Quran ilə olan bəzi oxşarlıqları göstərərlər.

Halbuki oxşarlıqların olması olduqca təbii bir vəziyyətdir. Çünki hamısı (Tövrat və İncilin təhrif edilmiş hissələri istisna olmaqla) Uca Rəbbimiz Allahın sözüdür. Allahın hər dövrdə göndərdiyi dinlərdə, Allahın varlığı, birliyi, Allahın sifətləri, axirət inancı, iman gətirənlərin, inkar edənlərin, münafiqlərin xüsusiyyətləri, əvvəlki ümmətlərin vəziyyəti kimi əsas mövzular, verilən öyüd-nəsihət və çəkindirilən xüsuslar, əxlaqi meyarlar eynidir. Bunların bir qismi, musəvilik və xristianlıqda olduğu kimi, daha sonra təhrifə məruz qalmışdır. Quranın və hədislərin əsasında qiymət veriləndə, hansı hissələrin təhrifə məruz qaldığı, hansı hissələrin təhrif edilmədən qaldığı asanlıqla aydın olar. Bu səbəbdən də, əvvəlki kitablarda çatdırılan mövzularla Quranda izah edilənlər arasında oxşarlıq və paralellik olması heç də irad tutulacaq bir vəziyyət deyildir.