Quranı dəyişmək istəyənlər

Ağlı və vicdanı olmayan bəzi ön mühakiməli insanlar Quranın 1400 il əvvəl ərəb cəmiyyətinə

Ağlı və vicdanı olmayan bəzi ön mühakiməli insanlar Quranın 1400 il əvvəl ərəb cəmiyyətinə xitab etdiyi və bugünkü cəmiyyətlər üçün keçərli olmadığı kimi azğın fikirlərini tez-tez təkrarlayırlar. Halbuki Quran Allah tərəfindən nazil edilən son haqq kitabdır və o gündən sonra yer üzündəki bütün cəmiyyətlər və bütün nəsillər üçündür.

Quran Allahın kəlamıdır, qorunub saxlanılmışdır və heç bir şəkildə təhrif edilməmişdir. Quranın haqq kitab olduğunu göstərən saysız-hesabsız dəlillərdən biri də Quran möcüzələridir. Quranın elmi, riyazi və tarixi möcüzələri Quranın Allah kəlamı olmasının mühüm dəlillərindən biridir.

Bütün bu həqiqətlərə baxmayaraq Qurana şübhə edənlərlə Allah belə buyurur:

Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiklərimiz barədə şübhəniz varsa, siz də onun kimi bir surə gətirin! Əgər (iddianızda) haqlısınızsa, onda Allahdan başqa bütün şahidlərinizi də çağırın! Əgər bunu bacarmırsınızsa, – heç bacara da bilməzsiniz – onda yanacağı insanlar və daşlar olan, inkar edənlər üçün hazırlanmış oddan çəkinin! (Bəqərə surəsi, 23-24)

Quranı açıq şüurla oxuyan insan, Quranda izah edilən insanların və cəmiyyətin xüsusiyyətlərinin bu gün də daxil olmaqla, tarixin hər dövründə mövcud olduğunu görər. Din əxlaqından uzaq olan cəmiyyətlərin bütün səhvləri, azğınlıqları Qurani-Kərimdə açıqlanmış, həmin cəmiyyətlərin dinə qarşı reaksiyaları izah edilmiş, xarakter təhlilləri aparılmışdır.

Bu təsvir və təhlillər müasir dövrlə tamamilə uyğundur və Quranın bütün dövrlərə xitab etdiyini bir daha təsdiqləyir. Quran əxlaqını yaşamaq üçün oxuyan və bacardığı qədər onu tətbiq etməyə başlayan insan, Quranın həyatın hər anını necə əhatə etdiyini görəcək və Qurana olan inancı gündən-günə artacaqdır.

Möminin qarşılaşacağı hadisələr və bu hadisələrə qarşı necə davranması lazım olduğu Quranda geniş şəkildə təsvir edilmişdir.

İnkarçıların Quranla bağlı ortaya atdıqları müxtəlif batil fikirlər əslində Quranda bildirilən anlayış əksikliyidir.

Quranda bildirildiyi kimi, min illər əvvəlki inkarçılar da dini öz zəif ağıllarına görə “… əvvəlkilərin əfsanələri”, (Nəhl surəsi, 24) kimi şərh etmişlər.

Necə ki, dövrün inkarçıları böyük cahilliklə Peyğəmbərimizdən Quranın bəzi hissələrini dəyişdirməsini istəmişlər:

(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” – deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”. (Yunis surəsi, 15)

Ayələrdə bəhs edilən və öz zəif ağılları ilə “Quranın dəyişdirilməsini” istəyən inkarçılar Quranın ilk nazil olduğu dövrdə yaşayan insanlardır. Quran ayələrinə etiraz etmələrinin səbəbi Quran əxlaqının yaşandığı mühitin öz mənfəətlərinə zidd olmasıdır.

Bu gün bəzi insanlar bənzər səbəblərlə Quranın doğru olduğunu vicdanən bildikləri halda ona qarşı çıxırlar.

Lakin bütün bu iradlar, onların irəli sürdüyü böhtan və iddialar boşunadır. Quranda buyurulur: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq!” (Hicr surəsi, 9) ayəsinə əsasən, Qurani-Kərim Uca Rəbbimiz Allahın himayəsində olan haqq kitabdır. Bu, Allahın insanlara göndərdiyi mesajdır, bundan sonra heç bir vəhy gəlməyəcək. Buna görə də bu gün və yüz illər sonra insanların yeganə qurtuluş yolu Quranda bildirilmişdir.