İnsanların düşdüyü ən böyük səhvlərdən biri, qulaqdan eşitmə, ata-babadan eşitmə, Quranda olmayan, din adına uydurulmuş bəzi uydurma sözlər, bidətlər və xurafatlarla Quranı şərh etməyə çalışmaqdır. Bu cür insanlar həqiqətdə Qurana deyil, batil inanclara tabe olarlar, Quranı da bu batil inanclarına, öz ağıllarına görə uydurmağa çalışırlar. Bu insanların səhv məntiqləri Quranda belə təsvir edilmişdir:
“Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?” (Bəqərə surəsi, 170)
Bəzən İslam adına irəli sürülən bu modelin Peyğəmbərimiz (s.ə.v)-in tətbiq etdiyi, Quranda bildirilən din, əxlaq anlayışı və həyat tərzi ilə heç bir əlaqəsi yoxdur.
Bu xarakterdəki insanların şərhlərində Quranla heç bir şəkildə uyğun gəlməyən, Qurana tamamilə zidd fikirlər, şərhlər, hökmlər və tətbiqlər guya Qurandan bir mənbə kimi göstərilməyə çalışılar. Ancaq bu əsassız iddialara heç bir məntiqli şərh gətirilə bilməz. Tətbiq edilməyə çalışılan bəzi zorakı izahların da nə qədər məntiqsiz və gülünc olduğunu ağıl və şüur sahibi olan hər kəs asanlıqla görər.
I Nadanlıqla edilmiş şərhlərlə insanları azdırmağa çalışan, Uca Rəbbimiz Allahın ayələrini qavramaq qabiliyyətindən uzaq insanların vəziyyəti Quranda belə xəbər verilmişdir:
İnsanların eləsi vardır ki, nadanlıqla Allahın yolundan döndərmək və onu bir əyləncə mövzusu etmək üçün sözün “boş və məqsədsiz olanını” qəbul edirlər. Məhz onlar üçün alçaldıcı bir əzab vardır. Ayələrimiz ona oxunduğu zaman sanki eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə arxasını çevirir. Artıq sən ona şiddətli bir əzab ilə müjdə ver. (Rum surəsi, 6-7)

