Qurandan kənar hökm axtaranlar dinin əslinə yönəlməlidirlər

Minlərlə uydurma hədis və 73 məzhəb

Uydurulan, səhv nəql edilən və şəxsi istəklərə görə açıqlanan minlərlə hədis hal-hazırda İslam dininin ən əhəmiyyətli qaynağı kimi qəbul edilməkdədir. İslam dinini 73 yerə bölüb 73 ayrı məzhəb, daha doğrusu bir-birinə zidd olan 73 ayrı din meydana gətiriblər.

Bir çox müsəlman qardaşımız bunun əsil din olduğunu zənn edib qaydalarına əməl edir, səhih olmayan bir çox hədisi həqiqi zənn edirlər. Bu gün bir çox müharibənin əsas səbəbini meydana gətirən həmin xurafatlar hədislər mövzusunda ortaq məxrəcə gələ bilməyən zehniyyətin məhsuludur.

Əgər Rəbbimiz istəsə idi, Peyğəmbərimizin (s) bütün sözlərini qoruyar və 1400 illik bu sözlər eynilə Quran ayələri kimi heç bir dəyişikliyə məruz qalmadan bu günə kimi gəlib çatardı. Lakin Quran təkbaşına İslam dininin mükəmməl şəkildə tətbiq olunması üçün kifayətdir. Onsuz da Peyğəmbərimizin etdiklərinin hamısı Quranda vardır.

Buna görə də Rəbbimiz Quranı qorumuşdur və bu, müsəlmanlar üçün kifayətdir. Quran qorunub dəyişmədiyi üçün xurafatçılar çətinləşdirməyə çalışdıqları İslam dininə Qurandan heç bir dəlil gətirə bilməyiblər. Odur ki, xurafatlarına dəlil kimi saxta hədisləri əsas kimi göstərməyə çalışıblar. Çünki Quranda bütün müsəlmanların birləşəcəyi tək yol, tək təsvir və tək ağıl vardır.