Möminlər fiziki cəhətdən tərtəmiz insanlardır. Onların bədənləri, yedikləri qidalar, geyindikləri geyimlər, yaşadıqları mühitlər hər zaman təmizliyi və səliqəsi ilə diqqət çəkir. Onlar olduqları hər yeri Quranda təsvir edilən tərtəmiz cənnət mühitlərinə bənzətməyə çalışırlar.
Allah möminlərin təmizlik anlayışının necə olmasına aşağıdakı ayələrdə diqqət çəkmişdir:
Paltarını təmizlə! Pis şeylərdən uzaq dur! (Müdəssir surəsi, 4-5)
… sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin… (Bəqərə surəsi, 172)
… “Heç bir şeyi Mənə şərik qoşma! Təvaf edən, qiyamda duran, rüku edən və səcdəyə qapanan kimsələr üçün Mənim evimi təmiz saxla!” (Həcc surəsi, 26)

