Quranda edilən təkrarlar da ağlını işlətməyən insanların hikmətini qavraya bilmədikləri mövzulardandır. Quranın müxtəlif yerlərində eyni və ya oxşar ayələrin və ya mövzuların təkrarlandığı görülər. Müxtəlif hekayələr, misallar, nəsihətlərlə birlikdə, Allahın varlığı, birliyi, təvəkkül, təslimiyyət, dünya həyatının keçiciliyi, Allahı zikr etmənin əhəmiyyəti, şükür, infaq kimi dinin əsas mövzularına tez-tez toxunular. Bəzən, bu mövzularla əlaqədar bir ayənin, sözbəsöz eynilə başqa bir yerdə olduğu belə görülər.
Bunun bir çox hikməti vardır. Tez-tez qeyd edilməli olan əhəmiyyətli mövzuların müxtəlif vəsilələrlə təkrarlanması, xatırladılması insanların zehinlərində, ürəklərində daha möhkəm yer tutmalarını, davamlı təsir etmələrini təmin edər. Həmçinin, bu vacib mövzuların bir-birindən fərqli nümunələr, hekayələr daxilində təkrarlanması da mövzuların hər cəhətlə, hərtərəfli və dərin öyrənilməsinə yardımçı olar.
Qurandakı ayə təkrarlarının ən bariz nümunələrindən biri də Rəhman surəsindəki, “Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?” ayəsidir. Bu ayə, 78 ayədən ibarət olan surədə, təxminən bir və ya iki ayə fasilə ilə tam olaraq 31 dəfə təkrarlanır. Allahın, cənnətdəki gözəllikləri çeşidlərkən, bunun çox böyük bir lütf və nemət olduğunu insanların haqqıyla idrak edə bilmələri, Allahın sonsuz neməti qarşısında qafil olmayıb lazım olan şükürü və təfəkkürü edə bilmələri baxımından bu olduqca hikmətli bir təkrardır. Hər təkrar heyranlığı və heybəti bir qat daha gücləndirər. Beləcə, səmimi və vicdanlı insanın ürəyinə verilmək istənən hiss ən mükəmməl bir şəkildə verilmiş olar.

