Qurandakı söz təkrarları və 19 möcüzəsi nələrdir?

Quranda ədədi möcüzələr də mövcuddur, məsələn, 19 ədədinin ayələrdə kodlaşdırılması və müəyyən sözlərin təkrarlanması.

Quranda söz təkrarları: Bəzi əlaqəli sözlər Quranda eyni sayda istifadə olunmuşdur. Məsələn;

“Yeddi göy” ifadəsi 7 dəfə işlənir.

“Dünya” və “axirət” sözləri hər biri 115 dəfə təkrarlanır.

Tək şəkildə “gün (yevm)” sözü 365 dəfə, cəm şəkildə “günlər (eyyam və yevmeyn)” sözləri isə 30 dəfə təkrarlanır.

“Ay” sözü 12 dəfə təkrarlanır.

“İman” (tək şəkildə) və “küfr” sözləri Quranda 25 dəfə təkrarlanır.

“De” və “Dedilər” sözləri eyni sayda, 332 dəfə təkrarlanır.

“Şeytan” və “Mələk” sözlər eyni sayda, 88 dəfə işlənir.

Quranda 19 möcüzəsi

Müddəssir surəsində “Onun üzərində on doqquz vardır.” (Müddəssir surəsi, 30) ayəsiylə diqqət çəkilən 19 ədədi Quranın bəzi ayələrinə şifrələnmişdir. Məsələn;

“Bəsmələ” 19 hərfdir.

Quran 114 surədən ibarətdir və 114 isə 19-un 6 qatıdır.

Quranın ilk vəhy edilən ayələri 96-cı surənin ilk 5 ayəsidir və bu ayələrin ümumi söz sayı 19-dur.

Son vəhy edilən Nəsr surəsi cəmi 19 sözdən ibarətdir.

Vəhy edilən ilk surənin 19 ayəsi var.

Quranda keçən bütün sayları (təkrarlar nəzərə alınmadan) topladıqda çıxan nəticə 162146-dır, yəni 19×8534-dür.

(Ətraflı məlumat üçün bax