Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə, insanların bir-birlərinə sevgi və hörmət bəsləmələri üçün çox daha fərqli dəyərlər var. Eyni mədəniyyəti paylaşmaq, mövqe sahibi olmaq, gözəl olmaq, dəbli geyinmək kimi. Əlbəttə bu tərz dünyəvi dəyərləri əsas alan bir sevgi, həqiqi sevgi deyil. Hörmət də həqiqi hörmət deyil. Çünki qarşı tərəf bu imkanları itirdiyində, çox şiddətli olduğunu iddia etdikləri sevgi də bir anda yox olar. Ancaq möminlərin əsil məqsədi Allahın məmnuniyyətidir. Allaha olan sevgilərindən ötrü Allahın yaratdıqlarına qarşı da bir sevgi və məhəbbət hiss edərlər. Bu sevgiləri isə, əksiklərlə, çətinliklərlə, yoxluqlarla azalmaz, maddi dəyərlərə görə şəkillənməz. Allahın məmnun olmadığı əxlaqdan da qətiyyən zövq almazlar və ya belə pis əxlaqı yaşayan adama qarşı ürəklərində bir yaxınlıq hiss etməzlər. Bu vəziyyət Quranda belə bildirilir:
Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə-dostluq etsinlər … (Mücadilə surəsi, 22)

