Quranda qadından bəhs olunan ayələrdə qadına böyük dəyər verilir, qadın bütün çətin şərtlərdə xüsusi himayə altına alınır. Lakin digər tərəfdən də məsuliyyət baxımından kişi ilə eyni tutulur. Odur ki, qadının qorunması ehtiyacdan dolayı deyil, xüsusi dəyərə malik olduğu üçündür.
Qurana əsasən, qadın istədiyi yerdə işləyə bilər, lakin belə bir məcburiyyəti yoxdur. Quranda Səba məlikəsinin qadın olaraq dövlət başçısı olduğunu görürük. Eyni zamanda hz. Məryəm nümunəsində görürük ki, qadın çətinlik anlarında daha səbirli və qərarlılıqda daha üstündür. Hz. Məryəm bu xüsusiyyətləri ilə aləmlərin qadınlarına nümunə təşkil edir. Qurana əsasən, qadın sultandır və hər zaman əl üstündə saxlanmalıdır. Buna görə də, bütün dünya qadına münasibətdə Qurana əsaslanaraq davranmalıdır.
Peyğəmbərimizin dövründə qadınlar kişilərlə birlikdə həyatın hər sahəsində yer almışdılar. Peyğəmbərimizin xanımı hz. Xədicənin bölgənin ən əhəmiyyətli iş adamlarından biri olması qadının sosial həyatdakı aktivliyini göstərən önəmli ünsürdür. Bundan başqa, Peyğəmbərimizin (s) dövründə istər İslamla yeni tanış olanların təlim almasında, istərsə də cəmiyyətin formalaşmasında, hətta müharibələrdə belə qadın və kişi səhabələr bərabər vəzifə daşımışdılar. Peyğəmbərimizin xanımlarına göstərdiyi nəzakət və sevgi isə bütün dünya üçün ən gözəl nümunə təşkil etmişdir. Xanımları ilə qaçış yarışına girən, xanımının dəvəyə minməyi üçün əyilib yardımçı olan, hər fürsətdə qadınların üstünlüklərini tərifləyən və təşkil olunan əyləncələrdə başını xanımının çiyninə qoyan gözəl Peyğəmbərimizin xurafatçıların qorxunc əməllərinə əsla izin vermədiyi açıq-aşkardır. Xurafatçılar Rəsulullahın adından belə hədislər uyduraraq səhabələri töhmət altında buraxırlar. Həm Peyğəmbərimizə, həm də səhabələrə iftira atmaqla böyük məsuliyyət daşıyırlar.

