Qurandakı həqiqi cihad

“Cihad” sözünün kökü “cəhd” kəlməsidir. Ərəbcə çalışmaq, cəhd göstərmək, əzm, fədakarlıq göstərmək kimi mənalar ifadə edir. Bunlarla yanaşı, insanın öz nəfsinə hakim olması mənasını da verir. Bu təriflərdən belə başa düşürük ki, İslamda cəhd, qarşı tərəfi məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək, insanları pislikdən uzaqlaşdırmaq deməkdir. Quranın heç bir yerində “cəhd” kəlməsi bunlardan başqa mənalarda istifadə olunmamışdır. Odur ki, Qurana isnad etdiklərini deyib cihad adı altında qətliam törədənlər ya yalan danışırlar, ya da səhv öyrədiliblər. Cihad adı altında insanları qətl etmək, intihar bombaçısı olaraq öz canına qıymaq, müharibəyə təşviq etmək, qətiyyən Quranda yoxdur. Bunu edənlər və bu düşüncədə olanlar Qurana görə harama girirlər.