Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərdən toplanması yalanı

Quranın elmi möcüzəsini gizlədənlər

Quranda yer alan elmi mövzulardakı məlumatlar, dövrün elm anlayışından əsrlərlə sonrakı dövrdə məlum olduğunu bilirik. Bu, Quranın çox böyük möcüzəsidir. Bu həqiqəti açıq-aşkar görmələrinə baxmayaraq inkarda israr edənlər, bu ilahi möcüzəni insanlardan gizlətməyə səy göstərərək Peyğəmbərimiz (s)-in, Qurandakı elmi məlumatları dövrün inkişaf etmiş mədəniyyətlərinin mənbələrindən tərtib etdiyini iddia edirlər.

Şübhəsiz ki, 7-ci əsr Ərəbistanında böyük kitabxanalar, yazılı mətbuat kimi məlumat əldə etmə imkanları mövcud deyildi. Müasir dövrün şərtlərində belə, məsələn, qədim Misirin embriologiya məlumatını tədqiq etmək istəyən bir insanın işi asan deyildir. Misir sivilizasiyasının quruluşu dövrümüzdən təxminən 5000 il əvvələ gedib çıxır. Əvvəlki dövrlərdən bu günə çatan yazılı qaynaqlar məhduddur, üstəlik bunların hamısının tərcümələri də mövcud deyildir. Tərcümə edilə biləni isə, olduqca xüsusi məlumatlar ehtiva etdiklərindən hər yerdə tapılmazlar. Həmçinin, bu tərcümələri qavraya bilmək və şərh etmək üçün çox təfərrüatlı tarix məlumatına da yiyələnmək vacibdir. Qısacası, belə bir tədqiqat dövrümüzün şərtlərində belə olduqca çətindir.

Qaldı ki, əvvəlki mədəniyyətlərdən miras qalan bütün məlumatların hamısının doğru və etibarlı olduqları da mümkün deyil. Aralarında bir çox səhv məlumatlar, batil inanclar, xurafatlar da vardır. Əgər ağılsızların iddia etdikləri kimi Quranın elmi ayələrinin əvvəlki illərin mədəniyyətlərindən toplanılması vəziyyəti olsaydı, əlbəttə, aralarında səhv ya da əsassız məlumatların da olması lazım idi. Halbuki, Quran bu cür çatışmazlıqlardan münəzzəhdir. İçindəki elmi ayələrin hamısının müasir elm tərəfindən qəti şəkildə doğru olduqları aşkar edilmişdir.