Quranda ana və atasını itirdiyi üçün təhsilini təmin edəcək və qayğısına qalacaq bir insana ehtiyacı olan yetim uşaqlara qarşı mərhəmətli davranmaq və onlarla gözəl rəftar etmək əmr edilmişdir:
Elə isə yetimə xor baxma! (Duha surəsi, 9)
Allah ayələrində möminlərə yetimlər barəsində ədaləti qorumağı, qazandıqlarından yetimlərə infaq etməyi, onlara yaxşılıqla davranmağı, yetimlərin mallarını ədalətlə idarə etməyi və müəyyən bir əqli yetkinliyə çatdıqları zaman mallarını özlərinə verməyi nəsihət etmişdir.
Allah Quranda, həmçinin yetimlərin gözəl əxlaqlı, yaxşı insan kimi yetişdirilməsini, yəni onların təlim-tərbiyəsinə diqqət və həssaslıq göstərilməsini tövsiyə etmişdir. Möminləri yetimləri qorumağa, onlara maddi təminat yaratmağa və bu şəkildə böyütməyə təşviq etmişdir:
… Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün (yaşayışlarını) yaxşılaşdırmaq daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. … (Bəqərə surəsi, 220)
Mömin bir insan yetimin malına haqsızlıq etməyə əsla meyil göstərməz. Çünki Allah yetimin malına tamah salaraq ondan mənfəət əldə etməyə çalışmağı ayədə böyük bir günah olaraq bildirmişdir:
Yetimlərin mallarını özlərinə verin və pisi təmiz olanla dəyişdirməyin. Onların mallarını mallarınızla birlikdə yeməyin. Çünki bu, böyük bir günahdır. (Nisa surəsi, 2)
Məhz buna görə də möminlər yetimlərin mallarını onlar böyüyüb özlərinə baxacaq vəziyyətə gələnə qədər böyük bir diqqətlə qoruyar və yetkinlik yaşına çatdıqları zaman bütün haqlarını onlara təhvil verərlər. doğrudurmu?

