Mömin həyatı boyu gördüyü hər bir işi Allahın razılığı və məmnunluğu üçün yerinə yetirər. Məşğul olduğu iş nə olursa-olsun, bu, ona əsas məqsədini unutdurmaz. Allah Quranda möminlərdən bəhs edərkən ticarətin və ya alış-verişin onları əsas vəzifələrindən yayındırmadığını belə bildirmişdir:
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar. (Nur surəsi, 37)
Allah möminlərdən yüksək əxlaq tələb edir və onlar hansı işlə məşğul olurlarsa-olsunlar, bu əxlaqın tələblərinə əməl edərlər. Ticarətlə məşğul olarkən də dürüst, səmimi, fədakar, çalışqan, ədalətli və təvazökar olarlar. Onların diqqəti daim Allahın razılığında və Onun halal-haram sərhədlərinə riayət etməkdə olar. Bununla yanaşı, Allah möminlərə ticarət zamanı başqalarının haqqına girməməyi, ölçü və çəkini düzgün tutmağı, insanların mallarını dəyərdən salmamağı əmr etmişdir. (Hud surəsi, 85)
Həmçinin İsra surəsində ticarətdə dürüst olmağın, insanlara haqsızlıq etməməyin və bu gözəl əxlaq vasitəsilə Allahın razılığını qazanmağın daha xeyirli olduğu belə bildirilir:
Ölçdüyünüz zaman ölçüyə riayət edin və düzgün tərəzi ilə çəkin! Bu həm daha yaxşı, həm də nəticə etibarilə daha gözəldir. (İsra surəsi, 35)

