Bir müsəlman göndərilən peyğəmbərlərin və haqq kitabların hamısına inanmaq məcburiyyətindədir. Peyğəmbərlərdən birini digərindən ayırd etməmək müsəlmanlığın Quranda verilən hökmüdür. Bu hökmə tabe olmayan, ayəyə tabe olmamış olur və dindən çıxmış sayılır. Buna görə də müsəlmanlar olaraq hz. Məhəmməd necə bizim peyğəmbərimizdirsə, hz. İsa və hz. Musa da bizim peyğəmbərlərimizdir. Biz necə Məhəmmədiyiksə, eyni zamanda İsəvi və Musəvilərik. Bu, İslamın ən əhəmiyyətli şərtlərindən biridir.
Buna görə də biz müsəlmanlar Quranı rəhbər tutaraq bu haqq kitabların Allahın qatından olduğuna inanmalıyıq. Quranın təsdiq etdiyi hər bir hökm, əməl və söz müsəlmanlar üçün hidayət rəhbəridir.
Xurafatçıların Quranın təriflədiyi haqq kitabları hədisdən dəlil gətirib əsassız hesab etməsi İslamda qəbul edilə bilməz. Həqiqi müsəlmanların rəhbəri Qurandır və Quranda Tövrat və İncilin hökmü açıqlanır.
Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)
Həqiqətən, kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

