Təkəbbürlənmənin əksinə təvazökar insan, sahib olduğu hər şeyi ona Allahın bir nemət və sınaq olaraq verdiyini bilir. Aciz və möhtac bir insan olduğunun, Allahın diləməsi xaricində heç bir şeyə güc çatdıra bilməyəcəyinin fərqindədir. Bu səbəblə, hər zaman Allaha dönüb yönələn, hər nemətə şükür edən bir insandır. Allah möminlərin təvazökar rəftarını tərifləmişdir:
O Rəhman olan Allahın qulları, yer üzü üzərində alçaq könüllü olaraq gəzərlər… (Furqan surəsi, 63)

