Quranda ruh anlayışı

Ruh” anlayışı həyat, idrak və hərəkətin mənbəyi, mənəvi varlıq, vəhy, Allah kəlamı

“Ruh” anlayışı həyat, idrak və hərəkətin mənbəyi, mənəvi varlıq, vəhy, Allah kəlamı, Qurani-kərim, qüvvət, vəhy mələyi, Cəbrail (ə.s.), hiss, duyğu və buna bənzər mənalar üçün istifadə edilir. Ruh sözü Quranda bir neçə yerdə işlədilir və müxtəlif mənalar ifadə edir:

1) Allah hz. Adəmi torpaqdan yaratdıqdan sonra ona Öz ruhundan üfürmüş və beləliklə, hz. Adəm həyat qazanmışdır. Allah insanı ana bətnində yaratdıqdan sonra da ona Öz ruhundan üfürmüş və onu ruh sahibi etmişdir. Bu, ayələrdə belə xəbər verilir:

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” (Sad surəsi, 71-72)

2) Ruh sözü Quranda “Ruhul-Qudüs” və ya “Ruhül-Əmin” şəklində Cəbrail (ə.s.) haqqında da işlədilmişdir.

Ruhül-Qudüs anlayışı Quranda dörd yerdə işlədilir:

Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla qüvvətləndirdik… (Bəqərə surəsi, 87)

Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs ruh ilə qüvvətləndirdik… (Bəqərə surəsi, 253)

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim… (Maidə surəsi, 110)

De: “Müqəddəs ruh onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl surəsi, 102)

Ruhül-Qudüs “ruh”“qudüs” sözlərindən əmələ gəlib. “Qudüs” sözü “qüds” kökündəndir və “mübarək” mənasını verir. Ruhül-Qudüs “hər hansı kir ilə ləkələnmə ehtimalı olmayan, mübarək və təmiz ruh, vəhy mələyi, Cəbrail” deməkdir.

Ruhül-Əmin də Ruhül-Qudüs sözü ilə eyni mənanı daşıyır. Quranda ancaq bir ayədə işlədilir:

Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu Cəbrail (Ruhul-əmin) endirdi. (Şuəra surəsi, 192-193)

I 3) Ruh sözü Allahın vəhyini, başqa sözlə, ayələri ifadə edir (doğrusunu Allah bilir).

(Allah) Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri ruh ilə göndərib buyurur: “(Qullarımı) qorxudub xəbərdar edin ki, Məndən başqa ilah yoxdur. Məndən qorxun!” (Nəhl surəsi, 2)

“Ruh”un əsl mənasını isə Allahdan başqa kimsə bilməz. Çünki bu xüsus Allah tərəfindən belə xəbər verilmişdir:

“Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)