Quranda qurban kəsmək ibadət olaraq var, lakin bayram olaraq yoxdur.
Quranda HƏCC İBATƏİNİN ƏVVƏLİNDƏ VƏ YA SONRASINDA QURBAN KƏSMƏK FƏRZDİR. Kəsə bilməyənlər üçün isə oruc tutmaq fərzdir.
Həcc ziyarətindən başqa, nəzir üçün və ya ehtiyacı olanlar üçün də Allah adına qurban kəsilə bilər. HƏR BİR MÜSƏLMAN QURBAN KƏSMƏK MƏCBURİYYƏTİNDƏ DEYİL. Yalnız Həcc ibadətini yerinə yetirənlər üçün fərzdir.
QURANDAKI HƏQİQİ İSLAMDA QURBAN ALLAHA YAXIN OLMAQ ÜÇÜN KƏSİLİR…
İslami hökmlərdə DEGENERASİYA OLMUŞ ən mühüm mövzulardan biri şübhəsiz QURBANDIR. Lüğəvi mənası “Allaha yaxınlaşmaq” olan Qurban bu mənasından uzaqlaşdırılıb, İslamı qəbul etmiş bir çox mədəniyyətin qədim dini inancları ilə birləşdirilərək tamamilə BÜTPƏRƏST MƏRASİMLƏRƏ çevrilmişdir.
Qədim ərəb və fars dini mərasimləri və Şamanizm təsiri ilə Allaha yaxınlaşma ibadətinin yerinə, Allaha şirk qoşulan bir tətbiqə çevrilmişdir. Kəsilən qurbanlıqların belinə minərək MİFOLOJİ olan SİRAT KÖRPÜSÜNDƏN keçiləcəyi inancı bunlardan yalnız biridir…
Qurban yaxınlaşmaq deməkdir. Ancaq bir çox insan üçün bu, heyvanın ətinə yaxınlaşmaq mənasını daşıyır. Halbuki bu günləri Allaha yönəlmək üçün bir fürsət olaraq görməliyik. Allah sabah bizdən nə yeyib-içdiyimizə deyil, Ona nə qədər yaxınlaşdığımıza baxacaq.
Dünyada ZÜLM GÖRƏN MÜSƏLMAN QARDAŞLARIMIZ ÜÇÜN ATACAĞIMIZ HƏR ADDIM EYNİ ZAMANDA BİZİM ÜÇÜN ALLAHA YAXINLAŞMAQDIR. Ət yemək bir fərqlilik yaratmaz. Allahın bizdən istədiyi ibadətləri Onun əmr etdiyi şəkildə yerinə yetirməyimizdir.
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir. (Bəqərə surəsi, 177)
Qurban ALLAHA YAXINLAŞMAQDIR, ƏT YEMƏK DEYİL. Allaha yaxınlaşmaq Onun əmrinə itaət, səbir və təvəkkül ilədir.

