Quranda qısqanclığın yeri nədir?

Həsəd Quranda qınanan bir davranışdır. Allah sınaq məqsədilə insanların nəfsini qısqanclığa meyilli şəkildə yaratdığını, lakin möminlərin bundan çəkinməli olduqlarını Quranda bildirmişdir:

… Nəfs xəsisliyə (qısqanclığa) hazırdır. Əgər yaxşı dolanıb (Allahdan) qorxsanız, (bilin ki,) şübhəsiz, Allah sizin etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 128)

Bəzi insanlara “qısqancsanmı?” deyə soruşulduqda buna “bəli” və ya “bir az” deyə cavab verirlər. Lakin bu cavabın arxasında gizlənən mənanı ətraflı düşünmürlər. Halbuki qısqanclıq insanın başqa birisinin hər hansı bir cəhətdən özündən üstün olmasını qəbul edə bilməməsinin nəticəsi olaraq ortaya çıxır. Bu isə insanı Allaha qarşı təkəbbür göstərməyə qədər aparan son dərəcə yanlış bir davranışdır. Çünki insanlara sahib olduqları bütün xüsusiyyətləri verən Allahdır. O, istədiyinə istədiyi qədər verir və bunu heç kim əngəlləyə bilməz.

Həmçinin, Quranda şeytanın qısqanclıq səbəbilə hz. Adəmə səcdə etməyərək Allaha asi olmasından bəhs edilir. Onun özünü hz. Adəmdən daha üstün gördüyü bildirilir. Bu halda qarşımıza mühüm bir həqiqət çıxır: Qısqanclıq əslində şeytana məxsus bir xüsusiyyətdir və Allahdan qorxan insan bundan uzaq durmalıdır.

Allah Quranda möminlərə, həsəd aparan insanların törətmək istədikləri pisliklərdən qorunmaq üçün Özünə sığınmalarını buyurur: De: “Sığınıram sübhün Rəbbinə, (Fələq surəsi, 1)

Və paxıllıq edən paxılın şərindən!” (Fələq surəsi, 5)