Quranda qanın qadağan edilməsinin hikməti

Allahın qanı insanlara haram etməsinin hikmətləri 20-ci əsrin məlumatları ilə ortaya çıxmışdır

O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir… (Bəqərə surəsi, 173)

Allahın qanı insanlara haram etməsinin hikmətləri 20-ci əsrin məlumatları ilə ortaya çıxmışdır. Qanın həzm olunması əsnasında əmilən zülal, şəkər, yağ kimi maddələrlə, vitamin, hormon və oksigeni hüceyrələrə daşıyaraq canlıların davamını mümkünləşdirər. Digər tərəfdən bədəndən atılmalı olan müxtəlif zəhərli maddələr, zərərli tullantılar da qan yolu ilə daşınar. Bu baxımdan qanın ən əhəmiyyətli vəzifələrindən biri də karbamid, urik turşusu, keratin və karbon dioksid kimi hüceyrələrdən gələn tullantıları daşımaqdır.

Bu səbəbdən müəyyən miqdarda qan içilməsi vəziyyətində, qan yolu ilə daşınan bu zərərli maddələrin bədəndəki səviyyələri çox yüksələr. Bu da qan vasitəsiylə böyrəklərə daşınan və sidiklə xaric olan zərərli maddələrin (karbamid) miqdarını artırar. Bu vəziyyət komaya düşə biləcək beyin funksiyası pozğunluqları ilə nəticələnə bilər. Bu səbəblə sağlam heyvandan alınsa belə, qanda zərərli komponentlər (qanın vəzifəsinə görə) daim olar. Xəstə bir heyvandan alındığı təqdirdə isə, müxtəlif parazitlər və mikroblar da qan yolu ilə daşınmış olar. Bu vəziyyətdə, mikroblar insanın qanında çoxalaraq, bütün bədənə yayıla bilər. Necə ki, əsl təhlükə ünsürü olan da bu tərəfidir. İnsanın qan içməsi vəziyyətində, bütün mikroblar və tullantı maddələr insanın bədəninə yayılaraq, böyrək çatışmazlığı, qaraciyər koması kimi xəstəliklərə gətirib çıxaracaq. Bunlarla yanaşı, qanla daşınan mikrobların çoxu mədə və bağırsaq divarlarına zərər verərək daha bir çox xəstəliyə səbəb olacaq.

Digər tərəfdən qan steril ortam deyil, başqa sözlə mikrobların inkişafı üçün uyğun mühitdir. Mikroblar qanda çox yaxşı bəslənmə imkanı tapdıqları üçün çoxalmaları baxımından uyğun şərtlərə sahibdir.

I Qan, bədəndəki digər mayelərin funksiyaları və immunitet sistemi ilə tam olaraq tarazlandığında, bədən mikroorqanizmlərin həyatına (bu səbəbdən xəstəliklərə) dəstək verməz. Sağlam insanda, bu mikroorqanizmlər bədən içərisində qarşılıqlı olaraq bir-birlərindən faydalanaraq ortaq həyat sürərlər. Ancaq bu mühitdə ciddi dəyişiklik olduğunda, digər ifadə ilə bədənin daxili tarazlığı pozulduğunda, uyğun mühit tapdıqlarında xəstəliklərə səbəb ola biləcək mikroorqanizmlərə çevrilə bilərlər.

Məsələn, qanın pH (turşu və əsas tarazlığı) dəyəri zəif bəslənmə və ya zərərli kimyəvi maddələrin təsiri ilə çox turş və ya çox qələvi olsa, zərərsiz mikroblar xəstəliklərə səbəb olacaq şəkildə forma dəyişdirə bilərlər. Qaldı ki, bədənin sağlam olması üçün, qanın pH dəyərinin də 7.3 olması lazımdır. Bu dəyərdəki kiçik fərqliliklər belə, bu tarazlığın pozulmasına, mikroorqanizmlərin mühitə uyğunlaşmaq üçün daha zərərli hala gəlməsinə səbəb ola bilər. Qanın steril olması, çöldə qoyulan südün xarab olmasına bənzədilə bilər. Onsuz da qanın tərkibində olan mikroblar, özlərini bu yeni mühitə görə dəyişdirərək, zərərli təsirlər göstərə bilərlər.

Bütün bunlarla yanaşı, qan qida maddəsi olaraq da uyğun qida deyil. Qanda həzmi mümkün albumin, qlobulin və fibrinoqen kimi zülalların miqdarı azdır; 100 ml. qanda bu zülalların miqdarı 8 qrama qədərdir. Eyni vəziyyət yağlar üçün də etibarlıdır. Bundan əlavə, qanda həzmi çox çətin olan və mədənin qəbul etmədiyi qədər kompleks zülal olan hemoqlobin yüksək miqdarda olar. Qanın laxtalanması vəziyyətində, fibrinoqen zülalı, fibrinə çevrilərək qırmızı qan hüceyrələrini ehtiva edən şəbəkə meydana gətirər. Fibrin isə həzmi ən çətin zülallardan biri olaraq, qanın həzmini daha da çətinləşdirər. Nəticə olaraq həkimlər, qanın heç bir şəkildə insan istehlakına uyğun olmamasında həmfikirdirlər.

Allahın qurandakı əmrinə uyaraq, insan o dövrdə hikmətini qavramadığı zərərdən qorunur. Allaha inanıb güvənərək, Onun əmr və qadağalarını tətbiq edənlər həm axirətləri baxımından xeyirli həyat sürərlər, həm də Allahın qoruması və sonsuz rəhməti altında yaşayarlar.