Quranda peyğəmbərlərin və möminlərin hansı mövzularda dua etdiklərindən bəhs edilir?

Allah möminlərə dua mövzusunda heç bir məhdudiyyət qoymamış, “Mənə dua edin ki, dualarınızı qəbul edim!” (Mömin surəsi, 60) buyuraraq ehtiyac duyduqları hər mövzuda Özünə sığınmağa və Özündən kömək istəməyə çağırmışdır. Quranda peyğəmbərlərin və möminlərin Allahdan nələr istədiklərinə dair verilən nümunələrdən bəziləri bunlardır:

➝ Özlərini doğru yola, nemət verilənlərin yoluna yönəltməsi, qəzəbə uğrayanların və azmışların yolundan ayırması (Fatihə surəsi, 1-7)

➝ Yaşadıqları şəhəri təhlükəsiz bir məkan etməsi (Bəqərə surəsi, 126)

➝ Yaşadıqları şəhərin əhalisindən Allaha və axirət gününə iman edənləri məhsullarla ruziləndirməsi (Bəqərə surəsi, 126)

➝ Özlərini Allaha təslim olmuş müsəlmanlar etməsi və nəsillərindən Allaha təslim olmuş (müsəlman) bir ümmət çıxarması (Bəqərə surəsi, 127-129)

➝ İbadət qaydalarını göstərməsi (Bəqərə surəsi, 127-129)

➝ Tövbələrini qəbul etməsi (Bəqərə surəsi, 127-129)

➝ Aralarından ayələri oxuyan, Kitabı və hikməti öyrədən, onları təmizləyən bir elçi göndərməsi (Bəqərə surəsi, 127-129)

➝ Dünyada və axirətdə yaxşılıq verməsi (Bəqərə surəsi, 201-202)

➝ Odun əzabından qoruması (Bəqərə surəsi, 201-202)

➝ Üzərlərinə səbir yağdırması, addımlarını möhkəmləndirməsi və kafir qövmə qarşı yardım etməsi (Bəqərə surəsi, 250)

➝ Unutduqları və yanıldıqları şeylərə görə onları məsul tutmaması (Bəqərə surəsi, 286)

➝ Əvvəlki nəsillərə yüklədiyi kimi ağır yük yükləməməsi və güclərinin çatmayacağı şeyləri daşıtmaması (Bəqərə surəsi, 286)

➝ Onları əfv etməsi, bağışlaması və mərhəmət göstərməsi (Bəqərə surəsi, 286)

➝ Hidayətə çatdırdıqdan sonra qəlblərini azdırmaması və Öz qatından bir rəhmət bəxş etməsi (Ali-İmran surəsi, 8-9)

➝ Günahlarını bağışlaması, pisliklərini örtməsi (Ali-İmran surəsi, 193)

➝ Elçilərə vəd etdiklərini onlara da verməsi (Ali-İmran surəsi, 194)

➝ Qiyamət günü onları rüsvay etməməsi (Ali-İmran surəsi, 194)

➝ Aralarında haqq ilə hökm verməsi (Əraf surəsi, 89)

➝ Canlarının müsəlman olaraq alınması (Əraf surəsi, 126)

➝ Kafir qövmün əlindən Öz rəhməti ilə onları xilas etməsi (Yunus surəsi, 86)

➝ Öz qatından köməkçi bir qüvvə verməsi (İsra surəsi, 80)

➝ Namazlarında davamlı olmaları və dualarını qəbul etməsi (İbrahim surəsi, 40-41)

➝ Hesab günü özünü, anasını və atasını bağışlaması (İbrahim surəsi, 40- 41)

➝ Köksünü açması və işlərini asanlaşdırması (Taha surəsi, 25-26)

➝ Şeytanın vəsvəsələrindən qoruması (Möminun surəsi, 97-98)

➝ Özlərini təqva sahiblərinə rəhbər etməsi (Furqan surəsi, 74)

➝ Öz qatından hökm və hikmət bəxş etməsi (Şuəra surəsi, 83)

➝ Nemətlərlə dolu cənnətin varislərindən etməsi və insanların dirildiləcəyi gündə onları rüsvay etməməsi (Şuəra surəsi, 85-87)

➝ Özünə, ana və atasına verdiyi nemətlərə şükür etməyi və Allahın razı olacağı saleh əməl etməyi ilham etməsi, Öz rəhməti ilə onu saleh qullarının arasına qatması (Nəml surəsi, 19)

➝ Öz qatından onlar üçün xeyir nazil etməsi (Qəsəs surəsi, 24)

➝ Özlərini və onlardan əvvəl yaşamış möminləri bağışlaması və iman edənlərə qarşı qəlblərində kin saxlamaması (Həşr surəsi, 10)

➝ Öz qatından mülk verməsi (Sad surəsi, 35)

➝ Öz qatından təsirli və aydın danışıq qabiliyyəti verməsi (Taha surəsi, 27-28). “cəhənnəmlikdir” demək doğrudurmu?