Hz. Yusuf (Ə.S) –ın Duaları
Hz. Yusuf (ə.s)-ın hekayəsi, dua haqqında möminlər üçün gözəl nümunələrlə doludur. Hz. Yusuf (ə.s), qarşılaşdığı hər cür çətinliyə qarşı təvəkküllü, təslimiyyətli davranışı və Allaha olan sədaqəti ilə, sahib olduğu güclü imanını bütün vəziyyətlərdə göstərmişdir.
Hz. Yusuf (ə.s) -ın və atası Hz. Yaqub (ə.s) –ın başına gələn çətinliklər, azyaşlı Hz. Yusuf (ə.s) -ın qısqanc qardaşları tərəfindən quyuya atılıb, bir canavar tərəfindən parçalanması iddiası ilə başlayır. Ancaq Hz. Yaqub (ə.s), çox sevdiyi oğlunun başına gələn bu faciəli hadisə qarşısında Allaha olan təslimiyyətini qoruyur:
Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yaqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”(Yusuf Surəsi, 18)
Ayədən də aydın olduğu kimi oğlunun qanlı köynəyini görən Hz. Yaqub (ə.s), əsl möminə yaraşan davranışı göstərərək və ən düzgün davranışın “səbir, təvəkkül və dua” olacağını demişdi. Necə ki, quyuya atılaraq ölümə məhkum edilən Hz. Yusuf (ə.s), möcüzə nəticəsində yoldan keçən bir karvan tərəfindən tapılır. Onu tapan karvan, onu pul qarşılığında satmağa qərar verir və özləri ilə aparırlar.
Sonra isə qul kimi bir Misir əyanına satılan Hz. Yusuf (ə.s)-a həddi-buluğa çatanda Allah ona “elm və hikmət” (Yusuf Surəsi, 22) verdi.
Onu satın alan misirlinin arvadı, ayədə bildirildiyinə görə ondan murad almaq istəyir. Bunu qəbul etməyən Hz. Yusuf (ə.s) -ı zindana atdıracağı ilə təhdid edir. Bu hadisə ilə üzləşən Hz.Yusuf (ə.s) Allaha üz tutaraq belə dua edir.
(Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha yaxşıdır. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”. (Yusuf Surəsi, 33)
Ayədə göründüyü kimi Hz. Yusuf (ə.s), duasında düşdüyü vəziyyəti səmimi olaraq etiraf etmişdir. Bu hadisədən sonra zindana atılan Hz. Yusuf (ə.s), zindanda olan insanlar arasında təbliğə başlayır:
” Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?! (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!”(Yusuf Surəsi, 39-40)
Uzun illər orada qaldıqdan sonra, Misirlinin arvadının da Hz. Yusuf (ə.s) –ın günahsız olduğunu etiraf etməsindən sonra Hz. Yusuf (ə.s) zindandan çıxarılır.(Yusuf Surəsi, 51-54)
Bütün bu çətinliklərin ardından Hz. Yusuf (ə.s) –ın duası qəbul edilir və quyuya atılmağı ilə başlayan hadisələr, ölkənin iqtidarında söz sahibi olması ilə davam edir:
Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik.(Yusuf Surəsi, 56)
Beləliklə, iqtidar sahibi olan Hz. Yusuf (ə.s), onu zindandan çıxararaq xəzinənin başına keçirən Allaha şükr edir və dünyada Müsəlman olaraq ölmək və axirətdə də salehlərlə birlikdə olmaq üçün dua edir:
“Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərdən et!”.(Yusuf Surəsi, 101)

