Hal-hazırda bəzi xurafatçıların ağızdan-ağıza dolaşan məlumatlara və ya xurafatlara inanaraq insanları, topluluqları, dinləri və ya ölkələri fitnəkar elan etmələri və bu hərəkətlərinə Quran ayəsini dəlil göstərmələri isə böyük təxribatdır. Fitnə müsəlmanlar arasında ayrı-seçkilik salmaq, müxtəlif çətinliklər yaradaraq onları zərərə və günaha sürükləmək, ardından da kütləvi üsyanların təməlini qurmaq, həmçinin müsəlmanlara qarşı feili və sözlü hücumlar təşkil etmək kimi hərəkətlər ehtiva edir. Odur ki, bir şəxs fitnəkar olmaq üçün təsvir etdiyimiz əməllərin bir və ya bir neçəsini yerinə yetirməlidir.
Qurana əsasən, musəviləri və ya İsraili bütöv olaraq fitnəkar elan etmək haramdır. Hər dindən və ya hər ölkədən fitnə çıxaran şəxslər ola bilər. Lakin azərbaycanlı, fars, ərəb, türk və ya müsəlmanlardan fitnə çıxaranlara görə onların hamısına fitnəkar deyilmədiyi kimi, musəvi və israillilərin də hamısının fitnəkar adlandırılması doğru iş deyil. Qurana görə, müsəlman musəvinin evinə gedə bilər, orada yemək yeyə bilər. Eyni zamanda onunla dostluq edib və hətta evlənə də bilər. Belə olduğu təqdirdə müsəlman musəvini heç bir səbəb olmadan fitnəkar adlandırması mümkün deyil. Bu iddia ilə ortalığa çıxanlar əvvəl də müəyyən etdiyimiz kimi, Quranı heç bilməyən, fitnə mövzusunda musəvilərlə əlaqədar bir çox hədisin təsiri ilə yetişən cahil insanlardır.

