Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə surəsi, 190)
Müharibə ancaq MÜSƏLMANLARLA SAVAŞANLARA qarşı aparılmalıdır. Yəni müharibə yalnız müdafiə məqsədi daşımalıdır. Müsəlmanların qarşı tərəfə səbəbsiz yerə hücum etmələri qəti şəkildə QADAĞAN EDİLMİŞDİR.
Allah müsəlmanlara Quranda əmr edir ki, onlar bir topluluğa etdikləri haqsızlıq və təcavüzkarlıq üzündən kin duysalar da, daim ədalətli olmalıdırlar. Allah bir ayədə belə buyurur:
Ey iman gətirənlər! Allah xətrinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)
Quranda müharibənin tək səbəbinin (müdafiə savaşının) təsvir edildiyi ayədə müsəlmanlara başqa bir şərt də qoyulur: həddi aşmamaq.
Bunun mənası odur ki, hücum zamanı müsəlmanlar ancaq özlərini qorumalı, müdafiədən başqa heç bir şey etməməlidirlər. Yəni Quranda hücum, vəhşilik, şiddət və həddi aşmaq qadağan edilmişdir.

