İnsanın yaradılış məqsədi sadəcə olaraq Allaha qulluq etmək, Ona ibadət etmək və cənnəti qazanmaqdır. Bu məqsədə uyğun olaraq möminlər hərəkətlərini Quran ayələrinə görə edirlər. Başqa sözlə, möminin bütün həyatı Quran əxlaqına istinadən qurulmuşdur.
İnsan həyatı boyu müxtəlif çətinliklərlə imtahan edilir. Bu sınaqlardan uğurla keçməsi isə ancaq Quran əxlaqı əsasında hərəkət etməsi ilə mümkündür. Bu yolda qarşısına çıxacaq əsas düşmən şübhəsiz ki, şeytan olacaqdır. O İblis ki, insanların doğru yolu üzərində oturaraq onlara tələ qurmağa çalışır. Bunu edərkən də ilk strategiyası Allahın dinini və doğru yolunu unutdurmaq, insanları bu doğru yoldan çəkindirməyə çalışmaqdır.
Bu məqamda qarşımıza çıxan şeytani bir strategiya bizə şeytanın hiyləsi haqqında düşüncə verir: Mübahisə etmək… Özünəməxsus xarakterik xüsusiyyətlərdən biri olan mübahisəni insanlar arasında yaymaq şeytanın insanları azdırma məqsədinə çox uyğundur.
Qurana görə, mübahisə nədir? Mübahisə bir neçə müxtəlif mənada işlədilməklə bərabər bunların hamısı ortaq bir nöqtədə birləşir: Rəhmani xüsusiyyətdən uzaqlaşması, mənasız bir əmələ doğru gedilməsi…
Mübahisə; susmaq lazım gələndə susmayaraq mövzunu uzatmaq və şok yaradıcı mühit yaradıb Rəhmani xüsusiyyətdən uzaqlaşaraq şeytani xüsusiyyətə meyllənmək mənasına gəlir. Buna “çəkişmək” də deyilir. Mübahisə etməyi Allahın qəti sübutları ilə göndərdiyi dinə, kitaba və islama qarşı çıxaraq bunları mənasız etməyə səy göstərmək, bunların əksini sübut etməyə çalışmaq kimi təsvir etmək də mümkündür. Bu, Quranda “nümunələr gətirərək mübarizə etmək” şəklində qeyd olunur.
Nəhayət, mübahisə baş verən pis bir hadisəyə görə insanın onu bu hala salanlarla etdiyi gərginlik və peşmanlıq yolu olan dialoqdur. Bunlara Quranda cəhənnəm əhlinin öz aralarındakı danışıq üsullarında nəzərə çarpır.
Mübahisə möminlərə yaraşmayan bir üslubdur. Onlar bir-birinə duyduqları sevgi və hörmətə görə onsuz da mübahisə etməzlər. Onlar inkarçılarla da mübahisə etməzlər, aralarındakı dialoq ancaq təbliğ üçün olur, bu zaman da ən təsirli və gözəl üslubdan istifadə edirlər.
Qurana nəzər saldıqda ilk mübahisənin şeytan tərəfindən edildiyini görürük. Quranda bu hadisədən belə bəhs edilir:
(Ey peyğəmbər!) Vaxtilə sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, – demişdi. Onlar belə demişdilər: “Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz Sənə şükür edərək şəninə təriflər deyir və Səni müqəddəs tuturuq!” Allah: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm”, – demişdi. Allah Adəmə hər şeyin adını öyrətdi. Sonra onları mələklərə göstərərək: “Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!” – dedi. Mələklər dedi: “Sən bütün nöqsanlardan uzaqsan! Biz Sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, Sən hər şeyi bilənsən, hikmət sahibisən!” Allah dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” Adəm mələklərə onların adlarını bildirdiyi zaman Allah dedi: “Sizə demədimmi ki, Mən göylərin və yerin qeybini, eləcə də sizin gizlətdiklərinizi və aşkar etdiklərinizi bilirəm?!” (Bəqərə surəsi, 30-33)
Ayədən də göründüyü kimi, mələklər Allahın Adəmin yaradılması ilə bağlı verdiyi hökmünə narazılıq etməklə böyük səhv etmiş olurlar. Allahın sonsuz elminin yalnız kiçik bir hissəsini bildikləri üçün əvvəlcə Adəmin yaradılış hikmətini qavraya bilməmişlər. Buna baxmayaraq Allahın hökmünə riayət etməlidirlər. Ancaq Allahdan Adəmin yaradılış hikmətini öyrənmək istəyirlər. Allah da onlara Adəmin yaradılışındakı hikməti açıqlayır. Belə halda bütün mələklər Allahın mərhəmətinə sığınır və etdikləri xətadan dönürlər. Sonra da hamısı Allahın bu hökmünə riayət edirlər. Yalnız cin olan birini çıxmaqla; o, inkar edir və Allah ilə mübarizə etməyə (Allahı tənzih edirik) başlayır! Yuxarıdakı ayələrdən sonra Quranda belə bildirilir:
Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və kafirlərdən oldu. (Bəqərə surəsi, 34)
Şeytana Adəmin yaradılış hikməti açıqlandığı vaxt Allahın verdiyi “Adəmə səcdə et!” əmrinə qarşı çıxır. Quranın bir başqa surəsində şeytanın bu itaətsizliyinin arxasında duran “məntiq” belə açıqlanır:
Allah buyurdu: “Mən sənə əmr etdiyim zaman səcdə etməyinə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha xeyirliyəm (üstünəm). Məni oddan, onu isə palçıqdan yaratmısan”. (Əraf surəsi, 12)
Göründüyü kimi, şeytana Allah ilə mübahisə etmək cəsarətini verən təkəbbürdür. Özünü Adəmdən daha üstün olduğunu zənn etməkdə, Allahın əmrinə itaət edib Ona səcdə etdikdə isə alçalacağını düşünür. Bunu özünə sığışdırmaz və mübahisə etməyə başlayar.

