Quranda meteoritlərin çoxalmasına işarə

Tur surəsi, 44. “Əgər göydən bir parçanın düşdüyünü görsələr belə” bir meteoritin yaxud göydən

Tur surəsi, 44. “Əgər göydən bir parçanın düşdüyünü görsələr belə” bir meteoritin yaxud göydən daş parçalarının düşdüyünü, “görsələr belə,” bunu müəyyən etsələr belə, “üst-üstə yığılmış bir buluddur” deyərlər.” Əbcədi 1999-cu ili verir. 5 noyabr 1999-cu ildə “meteorit yağışı” deyilən astronomik hadisə baş verdi. Hər 32 ildən bir Şir bürcündəki “Swift-Tuttle” kometası və onun arxasına yapışan milyonlarla irili-xırdalı meteoritlərin yaratdığı meteor bayramına dünya şahid oldu.

Meteoritlərin ən sıx yığıldığı, birdən sıxlaşdığı tarixi verir, 1999-cu il tarixini verir. Statistikaya görə meteoritlər 1980-ci ildən artmağa başlayıb. Hz. Mehdinin (ə.s) çıxışı ilə birlikdə, onlar da artmağa başlayırlar. Bütün bunları anlamazlıqdan gəlmək düşüncəsizlikdir sadəcə. İnsanların çoxusu dərin düşünməzlər.

Hal-hazırda atmosferin üst təbəqələrində meteorit yağışı yağdığını bilirdinizmi? Hər il orta hesabla 50.000 meteor yerin atmosferinə daxil olur, ancaq oksigenin təsiri ilə sürtünərək alovlanır və yerə düşməmiş böyük kütləsini itirir.

Çox vaxt fərqinə varmasaq da, Yeri əhatə edən atmosfer sayəsində hər an böyük fəlakətlərdən qorunuruq.

Saniyədə təxminən 40 km. sürətlə Yerə istiqamət götürmüş meteoritlər atmosferə daxil olduqdan sonra sürtünmənin təsirindən yanmağa başlayırlar. Bu “kosmik bombalar” təbii qalxan funksiyasını yerinə yetirən atmosfer sayəsində bizə çatmadan əriyir.

Statistikaya əsasən, ildə təqribən 50.000 meteorit atmosferdə zərərsizləşir.

Ən böyük təhlükə isə nəhəng meteoritlərdir. Bunlardan hər hansı biri Yerə düşsə, böyük fəlakət baş verər. Hər il Yer kürəsinə gələn 10.000 tondan artıq böyük meteorit atmosferə daxil olduqda sürtünmənin təsiri ilə əriyir və bu yolla Yerdəki canlılar üçün həyati təhlükə olmur. Şübhəsiz ki, bu, Allahın “Rəhman”“Rəhim” isimlərinin təcəllisidir. Bu həqiqət bir ayədə belə bildirilmişdir:

“Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər” (Ənbiya surəsi, 32)