Allah Quranda insanın ruhən təmiz olmasından da bəhs edir. Nəfsindəki pisliklərdən uzaq duran, nəfsini təmizləyən insanların nicat tapacağına diqqət çəkir:
Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. (Şəms surəsi, 8-9)
İnsanın mənəvi baxımdan təmiz olması, ayədə bildirildiyi kimi, nəfsinin əmr etdiyi pisliklərdən tamamilə uzaq durması ilə mümkündür. Mənəvi cəhətdən təmiz olan şəxs səmimi bir imana və rahat, dinc bir ruh halına malikdir. Onun gördüyü hər iş kimi, hər düşüncəsi də təmiz və gözəldir. Qarşısına çıxan hər hadisədə Allahdan razı olan bir mövqe göstərir. Onun daxilində olanla zahiri eynidir. Həmçinin Allahdan gələn hər şeyin özü üçün mütləq xeyirli olduğunu bilir.
Belə insanlar nəfslərindəki pisliklərdən təmizlənən insanlardır və Allah Quranda bu insanların gözəl sonla qarşılaşacaqlarını xəbər vermişdir:
… Sən yalnız görmədikləri halda Rəbbindən qorxanları və namaz qılanları xəbərdar edə bilərsən. Kim təmizlənərsə, yalnız özü üçün təmizlənmiş olar. Axır dönüş Allahadır. (Fatir surəsi, 18)
Günahlardan təmizlənən qurtulacaqdır. (Əla surəsi, 14)

