Quranda “Mehdi” kəlməsi

Ali İmran surəsi 46-cı ayəsini analiz edək

Ali İmran surəsi 46-cı ayəsini analiz edək. Çünki bu ayə, Hz. İsanın Axırzamanda gəlməsi və Hz. Mehdiyə kömək edəcək hədislərini dəstəkləyir.

Ərəbcəsi: “Veyukellimu-nnase fi-lmehdi vekehlen vemine-ssalihine”

Ayənin tərcüməsi: “Beşikdə də, yetkin çağında da insanlarla danışacaq və yaxşılardan olacaq” şəklindədir. Sözbəsöz açsaq:

  • ve yukellimu-nnase: və insanlarla danışacaq
  • fi-lmehdi: beşikdə və ya mehdi dövründə
  • vekehlen: “və yetkinlik çağında” ki, bu çağ 40 yaş üstünü əhatə edən bir dövrdür.
  • vemine-ssalihine: və salehlərdən ya da salaha çatanlardan mənasını verər.

Eyni ifadə Maidə surəsi 110-cu ayəsində də var amma onsuz da bir-birinin eynisi xüsusiyyətindədir.

Ayələr İsa peyğəmbərə xitab olaraq “sən beşikdə və kamala çatmışkən insanlarla danışırdın”. Hər iki ayədə də diqqət yetirməmiz lazım olan yer “fi-lmehdi vekehlen” sözüdür. Mehdi sözü, hər iki ayədə də İsa Peyğəmbərlə əlaqədar hekayənin içində keçməkdədir. Hər iki ayədə də bütün tərcüməçilər “fi-lmehdi” sözünə “beşik” mənası vermişlər. Bunun səbəbi də Məryəm surəsi 29-cu ayəsində mehdi sözündən sonra “sabi” yəni uşaq sözünün keçməsi və sözün bir mənasının da yataq olmasıdır. Yəni sözə beşik mənasının verilməsi çox məntiqlidir. Lakin Ali İmran 46 və Maidə 110 ayələrində beşik mənası yerinə oturmur. Çünki “filmehdi” sözündən sonra gələn “vekehlen” sözü ərəbcədə insanları nəzərdə tutar amma 40 yaş üstü olanları əhatə edər. “fi” əlavəsi isə ingilis dilindəki “in” sözü kimi “içində” mənası verər və sonrakı sözləri də içinə alar. Bu vəziyyətdə tərcümə belə olmalı idi. “(İsa) İnsanlarla danışacaq, beşiğin içində yaşlıykən, və saleh kəslərdəndir.” Məzhəbçi tərcüməçilər beşikdə yaşlı oluna bilməyəcəyindən “həm beşikdə həm də yaşlıykən” deyə tərcümə etmişlər…

Halbuki bu vəziyyət “İsa peyğəmbər qiyamətə yaxın gələcək” sözü ilə birlikdə düşündükdə, heçdə məntiqsiz olmaz. O zaman tərcümə belə olar. “(İsa) İnsanlarla danışacaq mehdi ikən (və ya mehdi dövründə ikən) və kamala çatmışkən və o saleh kəslərdəndir. Tərcüməni bir az daha düzəltdiyimizdə “Hidayətə çatdıran, yaşı kamala çatmışkən insanlarla danışacaq. O saleh kəslərdəndir.” Şəklinə bürünər ki, məna tam oturar. Burada “fi-lmehdi” sözünün hidayətə çatdıran ya da vəsilə olan mənasını istifadə edərək məna vermiş olduq. İsa peyğəmbərin 40 yaşına qədər yaşamadığı bilinməkdədir. Demək ki, bu ayələr sonradan baş verəcək hadisələrə işarə edir. Yəni Axırzaman hədisləri ilə üst-üstə düşməkdədir.