Qurana görə lovğalanan insanın ən diqqətə çarpan xüsusiyyəti, sahib olduğu hər şeyi ona Allahın verdiyini unutması və bunlarla öyünüb, özünü cahil şəkildə üstün görməsidir. Bu mövzudakı əhəmiyyətli bir yanılma, öyünərək Allaha qarşı təkəbbürlənən insanların həmişə düşüncəsiz xarakterli kəslər olduğunun düşünülməsidir. Halbuki, bir insanın gözəlliyini özündən bilməsi və bunun təsirində olması, qazandığı müvəffəqiyyətlərlə öyünməsi, özünü həmişə yetərli görməsi və heç bir zaman “görəsən daha vicdanlı ola bilərəmmi?” deyə düşünməməsi, qürur və təkəbbür içində olması, təkəbbürlənməyin nümunələrindəndir. Bu səbəblə, hər insan bundan şiddətlə çəkinərək, Allaha qarşı aciz və möhtac olduğunu, sahib olduğu hər şeyi, diləsə Allahın əlindən alıb yox edə biləcəyini düşünməlidir. Allah belə insanların sonunu bizə xəbər vermişdir:
Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)

