Allah Quranda tarix boyu yaşamış bütün qövmlərə doğru yolu göstərdiyini, elçiləri vasitəsilə onlara dünyanın müvəqqəti olduğunu və əsl yurdun axirət olduğunu xatırlatdığını bildirmişdir. Lakin yenə Quranda bildirildiyi kimi, insanların çoxu inkarda israr etmiş və elçilərin dəvətini qəbul etməmişlər. Bunun müqabilində, Allah onları heç gözləmədikləri bir şəkildə əzabla yaxalamış və bir qismini yer üzündən tamamilə silmişdir. (
Quranda keçmişdə yaşamış qövmlərdən bəhs edilməsinin ən mühüm səbəblərindən biri bugünkü insanları eyni vəziyyətə düşməkdən çəkindirməkdir. Qədim cəmiyyətlərin başına gələn fəlakətlərə və onlara aid arxeoloji qalıqlara sadəcə hər hansı bir tarixi məlumat gözü ilə baxmaq və bunlardan ibrət götürməmək isə son dərəcə yanlış olar. Allah bu cəmiyyətlərin başına gələnlərdən öyüd-nəsihət almağı əmr etmişdir.
Biz onlardan əvvəl özlərindən daha güclü olan və ölkələri gəzib dolaşan neçə-neçə nəsilləri məhv etdik. (Əzabdan) qurtuluş varmı?!” Həqiqətən, bunda, ağıl sahibi və gəlib diqqətlə qulaq asan kimsə üçün öyüd vardır. (Qaf surəsi, 36-37)

